Tartixi ədalət daim zəfər çalır – professor Azad Bayramov yazır

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Təxribat nəticəsində Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olmuşdur. Sözsüz ki, növbəti təxribatın niyyətləri, labüd nəticələri birbaşa və bütünlüklə məsulyyətin təcavüzkar Ermənistanın hərbi-siyasi komandanlığının üzərinə düşür. İrəvanın bu əməllərinin əsas məqsədi və niyyəti Üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməsini yubatmaq, aparılan quruculuq işlərinə mane olmaq, azərbaycanlıların işğaldan azad edilmiş torpaqlarına qayıtmasına mane olmaqdır. Bu mənada bir tərəfdən də qanlı təxribatda əsas məqsəd təcavüzkar ölkənin hərəkətlərindən istifadə edərək yenidən regiona qayıtmaq istəyən dövlətlərin niyyətlərinə qulluq edir. Beynəlxalq nümayəndələrin diqqətinə çatdırılıb ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir, sərhədlərin demarkasiya və delimitasiya işinin başlanması və hər iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bölgədə əmin-amanlığın bərqərar olunmasına maraqlıdır. Qarşı tərəf isə əksinə, ərazilərimizə, bölmələrimizin təminat yollarına minalar basdırmaqla bəyanata zidd davranışlar sərgiləyir. Bu da Ermənistanın hərbi avantüra və revanşist mövqedə olduğuna əyani sübutdur. Sözsüz ki, Azərbaycanın haqqıdır ki, bu təxribatlara layiqincə cavab reaksiyası versin həmçinin azad etdiyi ərazilərdə sərhəddə təhlükəsizlik zolağı yaratsın. Bütün dünya yaxşı bilir ki, tökülən qanların əsas səbəbkarı əlbəttə ki, Ermənistan hərbi- siyasi rəhbərliyidir.
Qarabağ müharibələri Azərbaycan xalqına, Azərbaycan dövlətinə kifayət qədər faciələr, dağıntılar, xarabalıqlar gətirdi. Ermənilərin xalqımıza qarşı törətdikləri zülm və faciələri ölçüyəsığmazdı. Tarix boyu mənfur düşmənlərimiz öz amansız əməlləri ilə yaddaşlarda həmişə nifrətlə damğalanmışlar. Lakin əməlləri ancaq provokasiya törətmək olan bu qondarma dövlət zaman zaman iri dövlətlərin himayəsi ilə öz istəyinə çatsalarda, onlar və onun havadarları yaxşı bilir ki, bu ədalətsiz vəziyyəti daim saxlamaq mümkün deyil. Zamanın çərxi fırlandıqca hər şey öz yerini tapır, tartixi ədalət daim zəfər çalır. Necə ki, 44 günlük müharibədə zəfər çaldı. Bu təxribatlar onların Vətənimizdən murdar ayaqlarını çəkənə kimi davam edəcəyi labud və gözləniləndir. Belə bir vəziyyətdə hər bir ölkə vətəndaşından yüksək məsuliyyət və səbrli olmaq, təxribat və yalanlara uymamaq, yalnız Ordumuza güvənmək tələb olunur. Cənab prezidentimiz Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruq əməliyyatı həyata keçirilən təxribatlara daim layiqincə cavab verməyə hazır və yerindədir. Şəhid olmuş qəhrəman övladlarımızın ailələrinə başsağlığı verir, Allahdan ailələrinə səbr diləyirik. Allah Ordumuzu qorusun və daim müzəffər etsin!
Azad Bayramov, ADAU-nun kafedra müdiri,
Professor.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.