Taleyin seçmədiyi namizədlər: – biri nəlbəkidə boğuldu, digərinin başına yarpaq düşdü…

Son günlər respublika əhalisini ən çox düşündürən məsələlərdən biri də Milli Məclisə növbədənkənar seçkilərlə bağlı baş verən olaylardır. Düzü, bəzi köhnə  (özü də xalq arasında sevilməyən və heç bir nüfuza sahib olmayan) deputatların yenidən öz namizədliyini irəli sürməsi  insanlarda tək ikrah hissi yox, həm də müxtəlif suallar yaratmışdır.- Axı bu insanlar Milli Məclisdən nə istəyirlər?

Açığı, onların biz vətəndaşlardan istədiyi heç nə yoxdur. Bizim nəyimiz var ki, onlara da verək. Bircə səsimiz var ki, heç bunun özü də onlara lazım deyildir. Lazım olanı – deputat kreslosu, toxunulmazlıq, şəxsi biznesləri və “gün ağlamağa” çalışdıqları yaxın çevrələri! Elə məhz bu səbəblər, onların elə “özləri buraxdıqları” Milli Məclisdə yenidən peyda olmaq həvəsini daha da alovlandırır, özlərini camaata güldürür, söydürür, döydürür… Onlar seçicilərindən min cür təhqir, ədəbsiz sözlər, alçaldıcı ifadələr, hərəkətlər… daha nələr və nələr alır. Dözür, eşitdiyi təhqirləri qulaqardına vurur, özünü kor kimi, qanmaz kimi göstərir, guya ki, səbr nümayiş etdirir…

Hərçənd, bütün bunların deputat platformasına, seçkiqabağı təbliğat-təşviqat kompaniyasına heç bir aidiyyatı yoxdur və ola da bilməz. Olsa – olsa, yəqin həyasızlığa, hədyanlığa, el dilində desək, “padoşluğa” aidiyyatı olar, ya olmaz!

Bəs bu “milli padoşlar” niyə bu qədər təhqirlərə dözür? Tək mandatdan ötrümü? İnanmaq çətindir. İllərlə öz səfeh fikirləri ilə insanları televiziya tribunasından bezdirən, xalqa heç bir işdə, heç nədə dəstək göstərməyən bir çox belə deputatların indi üzü min cür rəngdə el içinə çıxıb, özünü ən alçaldıcı günə salmaq anında yalnız bir istək var:- Üzünə tüpürsələr də, nəyini alçaltsalar da deputat seçilmək!

Tarix, həmişə eyni formada olmasa da, eyni məzmunda təkrar olunur. Biri nəlbəkidə boğulur, birinin başına yarpaq düşür, o birisi (illərlə millətə dərs keçənlərə bax e?) yenidən deputat seçilə bilmir. Daha doğrusu, millət vəkili özünü millətə sevdirə bilmir.

Müqayisə üçün bir neçə məqalənin linkini nəzərinizə çatdıraq.

http://www.nuh.az/22499-deputatla-namizdi-vurdular-dava-thqir-18-vdeo.html

http://www.nuh.az/22489-redhali-fzail-aamaln-rayondan-qovalad-ok-vdeo.html

https://yenisabah.az/secicilerin-etirazla-qarsiladigi-deputatlarin-siyahisi

Bunların sayını çoxaltmaq da olar. Hərçənd, bir misal da çəkmək lap yerinə düşərdi.

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş, əvvəllər də bu rayonun deputatı olmuş birisi var( Adını çəkmirik, onsuz da gədəbəylilər söhbətin kimdən getdiyini təqribi də olsa, anlayacaqdır). Şirkətlərə, var-dövlətə sahib birisidi. İnanıram ki, deputatlıq dövründə də, sonralar da bu millətə bir qəpiklik istəyi, məhəbbəti olmayan, xeyiri dəyməyən, daim mətbuat tərəfindən “1242”  dövlətin agenti adlandırılan, padoş sifətli biznesmenin biridir. Taleh elə gətirdi ki, tarixi şəxsiyyət-qəhrəman olan babası haqqında yazı hazırlamaq qərarına gəldik. Etdiyi qəhrəmanlıq kinofilmlərdə, əsərlərdə öz əksini tapıb. Amma, insanların, heç bu “əbədi deputat”ın da bu haqda  bir məlumatı yoxdur. Bəzi məlumatları və dəstək almaq istəyi ilə müraciət etdiyimiz insanlar “onun babasıdı”, mütləq kömək edər – deyə onu nişan verdilər. Tək Gədəbəyin deyil, xalqımızın başına ucalıq gətirən bu qəhrəmanlıq, onun demək olar ki, hər həftə facebook səhifəsində “tarixçə”də qoyduğu bahalı restoranlarda yeyib-içmək məclisləri qədər də qiymətli deyilmiş.

Uzun sürən telefon söhbətlərindən sonra ondan ala bildiyimiz məlumat yalnız bu oldu- Babam deyil, babamın qardaşıdı. Babamdan yaz, nə kömək istəyirsən edim. Hərçənd, “bu ləvənd yəqin heç babasını da adam yerinə qoymur” fikri hələ də beynimdə ağır yük kimi sallanıb. Öz qohumları, yerliləri “nə şəxsiyyətsiz, alçaq adamdı ə, bu?”- dediyi insan bir bölgənin millətinin vəkili olmaq istəyi ilə təbliğat-təşviqat kompaniyası aparır. Özü də uğurla! İnanın, seçiləcək şansı da, nəhayətsiz və sonsuz! Hərçənd, bu insanı nəinki babası, heç Gədəbəy və Azərbaycan da maraqlandırmır.

Onun şirin dilinə inanmayın, Gədəbəylilər və Tovuzlular! O sizi heç vaxt sevməyib, sevmir və sevməyəcək də! Bu insan deputat seçilsə, həmin bölgənin “gününü” təsəvvür edirəm!

Sonda bir misalı da çəkməyi özümə borc bildim. İstərdim ki, ikrahla xatırladığımız insanlar deputatlıq fəaliyyətinin nə olduğunu (əgər seçilsələr), özünü xalqa sevdirmək qabiliyyətini məhz bu qadından öyrənsinlər. Papaqlarını qarşısına qoyub fikirləşsinlər:- Necə olur ki, bu qadın təbliğat-təşviqat kompaniyası çərçivəsində görüşdüyü insanlardan yalnız xoş söz, dəstək və məhəbbət alır?!. Niyə hamı, hələ nəticəsi bilinməyən seçkilərdən qabaq belə onu özlərinin millət vəkil sayır?

Bu xanım  alim, tanınmış ictimai xadim, hamı tərəfindən sevilən gözəl insan və ölkəsinin həqiqi vətənpərvəri Pərvin Kərimzadədir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.