Tələbələr Gəncə SOS Uşaq Kəndində olublar

EtmTV.  news   “Yeni Gəncə” yə istinadən xəbər verir kiGəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının dəstəyi və Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının tələbə gənclərinin təşəbbüsü ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi,Gəncə filialında yaşayan uşaqlarla Yeni ilin gəlişi münasibəti ilə səmimi görüş keçirilib.

Şaxta baba və Qar qızın da görüşdə iştirakı uşaqların hədsiz sevincinə səbəb olub. Uşaqlar müxtəlif şeirlər,mahnılar ifa edərək öz istedadlarını nümayiş etdiriblər.

Əyləncəli görüş həm tələbələrin, həm də uşaqların xatirələrində xoş bir gün olaraq qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.