Təhsil portalının rəhbəri Baş Prokurora müraciət etdi

Etmtv.news təhsil portalının rəhbəri, yazıçı-jurnalist, tərcüməçi, publisist Ruhulla Zahidov Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə rəsmi müraciət edib. Müraciətdə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, Gəncə şəhəri, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə onun müəllimi olmuş Zakir Ələsgərovun səhhəti ilə bağlı ölümlə üzbəüz qalmasından narahatlıq keçirilməsi vurğulanıb və onu bu dərəcəyə çatdıran insanların (əgər onlara insan demək olarsa) aşkar edilib cəzalandırılması xahiş olunur.

Müraciəti olduğu kimi dərc edirik:

“Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əlieyevə sinif yoldaşları adından

Sənə uşaqlıq dostun və sinif yoldaşın yazıçı-jurnalist Ruhulla Zahidov müraciət edir

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, Gəncə şəhər 1 nömrəli tam orta məktəbdə sevimli əbəbiyyat müəllimimiz Zakir Ələsgərov indi ağır çarpayı xəstəsidir, insult keçirib, sağalmağına ümid azdır. Səbəbkarın aşkar edilməsini və cəzalandırılmasını sizdən israrla xahiş edirik. Yadınızdadırsa, mənə gözəl jurnalist, sizə isə gözəl prokuror ola biləcəyini o məsləhət görürdü. O vaxt uşaq idik, hər şeyə istehza ilə yanaşırdıq, Amma siz prokuror, mən isə jurnalist oldum.

Səsimizə səs verin, heç olmasa o gözəl pedaqoq, gözəl insanın həyatının xilas edilməsi üçün əməli addım atın. Axı Siz bizim fəxrimiz, ümid yerimizsiniz”.

Sevimli müəllimimiz Zakir Ələsgərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.