Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır

Yanvarın 13-dən Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı  (@eduqovaz) istifadəyə verilir.

Kanalda Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər, elan və müsabiqələr, layihə və kampaniyalar barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.

“Telegram” tətbiqini smart cihazlara yükləməklə  (@eduqovaz) kanalına abunə olmaq mümkündür.

Qeyd edək ki, Təhsil Nazirliyinin  “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.