Karantin rejimi qaydalarına görə müəllimlərin yalnız fərdi şəkildə repitetorluq fəaliyyəti göstərmələrinə icazə verilir.
Etmtv. news xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.
O bildirib ki, qrup halında dərslərin keçirilməsi hələ ki, istisna olunur: “Nəzərə alaq ki, qapalı məkanlarda virusa yoluxma şansı daha yüksəkdir. Bu səbəbdən tədris kurslarının nə zaman fəaliyyətə başlaması ilə bağlı məsələ müzakirə olunmur”.