Tərbiyəçi-müəllimlər üçün təlimlər davam edir

Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində çalışacaq yeni tərbiyəçi-müəllimlər üçün avqustun 16-dan təlimlərə start verilib.
Təlimlərin məqsədi növbəti tədris ilində qruplarda çalışacaq yeni tərbiyəçi-müəllimlərin peşəkar inkişafını təmin etməkdir.
Sentyabrın 7-dək davam edəcək təlimlərdə ümumilikdə 341 tərbiyəçi-müəllim iştirakı nəzərdə tutulub. Təlimlər həftəiçi 4 gün, hər bir qrupda 28 iştirakçı olmaqla 2 qrup üzrə keçirilir. Təlimlərdə tərbiyəçi-müəllimlər valideynlərlə iş, öyrənmə mühitinin qurulması, məktəbəqədər yaşlı uşaqların sosial psixoloji adaptasiyası, sinfin idarə olunması və qiymətləndirmə ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Beynəlxalq və yerli təcrübələrə əsaslanaraq təlimlərdə rollu oyunlar, komanda işi, müzakirə və təhlillər kimi üsullardan istifadə edilir. Təlimin keyfiyyətinin ölçülməsi məqsədilə iştirakçı və təlimçilərin monitorinq və qiymətləndirilməsi aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.