Tələbəni təhqir edən kollec direktoru cəzalandırıldı – Tənbeh aldı…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Bakı Humanitar Kollecinin tələbə qızı təhqir etməsinə münasibət bildirib.
 Etmtv. news xəbər verir ki, ötən gün sosial mediada ADMİU tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb. Yazı ilə bağlı Universitetdən verilən məlumatda bildirilir:
“Bununla bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və kollec direktorundan izahat alınıb. Müəyyən olunub ki, qeyd olunan səs yazısı kollecin məsafədən təşkil olunan imtahanlarından biri zamanı yazılıb və kontekstdən çıxarılıb.
Bununla belə, kollec direktoru onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Kollec direktoru ilə bağlı inzibati tənbeh tədbiri görülüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.