Tələbələrin cənazəsi Azərbaycana gətirildi

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib.


Etmtv.news  xəbər verir ki, tələbələrin cənazələrini gətirən təyyarə fevralın 16-da gecə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Xatırladaq ki, Malatyadakı İnönü Universitetinin tələbələri – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələnin yaratdığı uqun altında qalmışdılar.

Onların cəsədləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.