TƏHSİLDƏ TƏRBİYƏVİ İŞLƏRİN İNKİŞAF PERSPEKTİVLƏRİ

Şagirdlərin fəaliyyətinin təşkilində pe­­daqoji kollektivin rəhbər tutduğu baş­lı­ca ideya-uğurlar qazanmaq məqsədi du­rur. Şa­girdlərin təlim-tərbiyəsi məsələ­lərində bu­na tərbiyə­edi­ci işlərin effektli təşkili ilə nail olmaq olar.

Məktəbdə təlim-tərbiyə işi bütün pe­da­qoji prosesləri əhatə edir, tədrisdə alı­nan biliklər sinifdənxaric və məktəb­dənkənar tədbirlərin ide­ya məzmununu tam bir şəkildə özündə birləşdirir. Tərbi­yəvi iş­lərin düzgün qurulduğu təhsil ocaqlarında uşaqlar mə­nalı həyat yaşayır, ictimai işlərə fəal qoşulur, təhsilə marağı daha da artır, onların gələcəkdə uğurlar qazanmaq şansı da çoxa­lır. Belə təqdirdə şagirdlər öz yaradıcı poten­sialını inkişaf etdirir, müasir cəmiyyətə uy­ğunlaşa bilir. Bu gün orta təhsil ocaqlarında təlim-tərbiyənin səmərəli təşkilini təmin etmək üçün bir çox vacib addımlar atılır. Bu isti­qa­mət­də görülən iş­lər əlbəttə ki, böyük tərbiyələndirici xarakter daşıyır.

Gəncə İdman Liseyi fiziki cəhətcə sağlam və pers­pek­tiv­li gənclərdə idmana fəal marağın yaradılması, güclü id­man­çıların yetişdirilməsi yolunda böyük uğurlara imza atan təh­sil ocağıdır. Hələ son dövrlərədək Futbol Təmayüllü Gim­naziya kimi fəaliyyət göstərən bu təhsil ocağı  günün ya­ratdığı tələbat və təhsilin ortaya qoyduğu tələblərin böyük­lü­yü nəzərə alınaraq, işində böyük dəyişikliklər etmiş və İd­man Liseyi adlandırılmışdır. Bu istiqamət liseyin pedaqoji kollektivinin qarşısına təhsilin, tədrisin, təlimin keyfiyyə­ti­nin daha da yüksəldilməsi kimi böyük vəzifələr qoymuşdur. Lisey bu gün öz işində böyük və perspektivlər vəd edən iş­lə­rə imza atmaqdadır. Bu istiqamətdə liseyin pedaqoji kol­lek­tivi gərgin əmək sərf etməkdədir. Bu işdə  liseyin tərbi­yəvi işlər üzrə direktor müavininin   də üzərinə böyük yük düşür.

Bəs əslində onun işinin mahiyyəti nədən ibarətdir? O, liseydə hansı rolu oynayır? Bu kimi suallarla Gəncə İdman Liseyinin tərbiyəvi işlər üzrə direktor müavini Baris Məsi­mo­va müraciət etdik.

R.Z. – Baris müəllim, Gəncə İdman Liseyinin missi­ya­sını  necə xarakterizə edərdiniz? Və bu işdə siz öz ye­rinizi  nədə görürsünüz?

B.M. – Təmsil etdiyimiz Gəncə İdman Liseyi Res­pub­likamızda idmanın inkişafına təkan verən, bu yolda güclü idmançıların yetişdirilməsinə var gücünü sərf edən təhsil oca­ğıdır.  Missiyamız idmana meylli olan perspektivli gənc­lərin liseydə təhsil almağa cəlb edilməsi, hər bir şagirddə bu sahədə olan bacarıqların inkişaf etdirilməsi və daha da təkmilləşdirilməsi, bu sahədə uşaqların daxili tələbatını və imkanlarını nəzərə alaraq onların fərdi bacarıqlarının peşəkar səviyyədə formalaşdırılmasıdır. Digər tərəfdən idmana meyl­li uşaqlara digər sahələrdə də imkanlarının inkişaf etdiril­mə­sinə şəraitin yaradılması da bu təhsil ocağının qarşısında duran vəzifələrdəndir. Bu-bütün uşaqların şəxsiyyət kimi harmonik inkişafı üçün şəraitin yaradılmasıdır. Hal-hazırda bizim təhsil ocağının fəaliyyətinin  digər əsas istiqamətləri də daim diqqət mərkəzindədir və ümid edirəm ki, dövlə­ti­mi­zin bizə etibar etdiyi bu sahədə bizim kollektiv öz missiya­sını layiqincə yerinə yetirəcəkdir. Gəncə İdman Liseyində peşəkar pedaqoji kollektiv və idmanın müxtəlif növləri üzrə tanınmış idmançı-məşqçilər çalışır. Onların hər biri yüksək hazırlığa, nəzəri biliklərə və təcrübəyə malik, öz işinə yara­dıcı yanaşan müəllimlərdir. Və təhsildə aparılan islahatların həyata keçirilməsində də bütün var qüvvəsini sərf edirlər.

Bu işdə dövlətimiz liseyə öz diqqət və qayğısını əsir­gə­mir. Lisey maddi-texniki baza ilə vaxtlı-vaxtında  və planlı şəkildə təmin olunur.  Bu isə bizə tədris prosesinin lazımi səviyyədə aparılmasına şərait yaradır.

Liseydə tərtib olunan tədris planı ümumi universal təh­silin verilməsi və şagirdlərdə seçdiyi fəaliyyət dairəsi üzrə bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir və təhsilin, tədrisin, təlim-tərbiyənin qarşıya qoyduğu məqsəd və vəzifə­lərin həllinə yönəlib. Bu sahədə liseyin tədris planı müasir təhsil sisteminin modernləşməsi proseslərini özündə əks etdirərək, dövlət təhsil standartlarının həyata keçirilməsi­nin təmin  edilməsinə yönəldilib. Liseydə təhsil və təlim-tər­bi­yə işi ilə yanaşı idmanın müəyyən növləri üzrə məşqlər də apa­rılır və şagirdlərin heç bir halda  nəzərdə tutulan normadan artıq məşğələlər ilə yüklənməsinə imkan verilmir. Şagird­lərimiz gələcəkdə perspektivli idmançı olmaq həvəsilə bu li­seyə üz tutan uşaqlardır və təşkil olunan tədbirlərə də böyük həvəslə qatılırlar.

İdman böyüməkdə olan uşaqlar üçün şən və mənalı bir həyatdır. Və müəllimlərin də vəzifəsi onları arzuladığı həya­ta hazırlamaq, onlarda olan bacarıqların inkişaf etdirilməsinə şərait yaratmaqdır.

R.Z. – Bu işdə tərbiyəvi işlər üzrə direktor müavi­ni­nin üzərinə də az yük düşmür. Məktəblərdə aparılan bü­tün tədbirlər təlim-tərbiyənin inkişafına  xidmət edir. Bu tərbiyənin təşkilində siz hansı  rolu oynamalısınız?

B.M. – Liseydə tərbiyənin bütün sahələrlə əlaqədar tər­biyəçilərin fəaliyyətinə, onların gördüyü işlərin məzmununa elmi, nəzəri və pedaqoji cəhətdən düzgün qurulmasına tərbi­yə işləri üzrə direktor müavini rəhbərlik və nəzarət etməlidir.

Tərbiyə işləri üzrə direktor müavini orta ümumtəhsil məktəblərinin nizamnaməsinə əsasən məktəbdə tərbiyəni təş­kil edir. Liseydə yeni dərs ilində sinifdənkənar  tərbiyəvi işləri günün tələbləri səviyyəsinə qaldırmaq diqqət mərkə­zində olmalıdır. Bu iş, böyüməkdə olan nəslə elmlərin əsas­ları üzrə dərin və möhkəm bilik vermək, həmin bilikləri təc­rübədə tətbiq etmək vərdişləri və bacarıqları aşılamaq, dün­ya­görüşü formalaşdırmaqdır. Vətənini, dövlətini , millətini sevən, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik şəxsiyyət formalaşdırmaq, müstəqil və yaradıcı düşünən şəx­siyyət yetişdirmək təhsil ocaqlarının və pedaqoji kollektivin ümdə vəzifəsinə çevrilməlidir.

Bundan əlavə liseyin tərbiyə ilə bağlı bütün işlərində di­rektor müavini şəxsən iştirak edir. Bunlardan biri də liseydə təlim-tərbiyə işi üzrə nəzarətin həyata keçirilməsidir. Şagirdlərin fərdi, mənəvi, yaradıcı tələbatının ödənilməsi işinin yüksək səviyyədə aparılması liseyin həyati fəaliyyə­tin­də ən böyük önəm daşıyan işlərdəndir ki, bu işin həlli təh­silin əsas məzmununa daxil edilməklə, təlim-tərbiyənin inki­şafına da xidmət edir. Bu səbəbdən, təhsilin, tədrisin səviy­yə­sinin yüksəldilməsi liseyin gələcək inkişaf perspek­tiv­lə­rinə xidmət edən tərbiyəvi işlərin təşkilini xüsusilə önə çəkir. Bu işin nəzəri əsaslarının təcrübədə uzlaşması üçün qrafik üzrə nəzərə alınan və lisey kollektivinin şəxsi təşəbbüsü üzrə təşkil olunan müəyyən tədbirlərin keçirilməsi də planlaş­dı­rı­lır ki, bu, lisey rəhbərliyinin şəxsi nəzarəti altında və yaxın­dan köməkliyi ilə həyata keçirilir. Bu tədbirlər təlim-tərbiyə prosesinin tərkib hissələridir. Bu işdə liseyin müəllim və şa­gird kontingenti yaxından iştirak edir, təşəbbüslər irəli sürür və bu işdə həqiqətən də fəallıq göstərirlər. Bu səbəbdən li­sey­­daxili tədbirlər həmişə öz yüksək səviyyəsi və orijinallığı ilə seçilir. Bu tədbirlər şagirdlərin tərbiyəsinə həmişə öz təsi­rini göstərməkdədir. Həmçinin şagirdlərdə estetik baxış və təsəvvürlərin, estetik tələbatın formalaşmasında və inkişaf etdirilməsində böyük əhəmiyyət daşıyır. Uşaqlar bu tədbir­lərdə çox şey öyrənir. Bu, onlarda vətəndaş dünyagörüşünün formalaşması və vətənpərvərlik hisslərinin güclənməsinə şərait yaradır.

Orta təhsil ocaqlarında şagirdlərin vətənpərvərlik və vətəndaş tərbiyəsi sistemli və məqsədyönlü şəkildə bir fəaliy­yətdir. Təmsil etdiyimiz məktəbdə də bu tərbiyə günün tələblərinə uyğun şəkildə aparılır.

Müasir zamanda vətənpərvərlik pedaqogikada Vətənə məhəbbət, onun maraqlarına xidmət və vətənin düşməndən müdafiəsinə hazırlıq kimi başa düşülür. Müasir şəraitdə vətənpərvərlik tərbiyəsinin xüsusiyyətlərini nəzərə alsaq, təhsildə bu prosesin həyata keçirilməsində məqsəd də öz Vətənini sevən, ona əməyi ilə xidmət edən və onu həmişə qorumağa hazır olan əsl vətənpərvər vətəndaşların yetişdiril­məsi yolunda təlim-tərbiyədir. Bu tərbiyə şagirdlərin vətən­daş, əxlaqi, əmək, estetik, fiziki və s. tərbiyəsi ilə qoşa apa­rılır. Təlim-tərbiyənin bütün bu istiqamətlərinin şagirdlərə aşılanması nəticəsində hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması prosesi başa çatdırılmış olur. Beləliklə, vətən­pər­vərlik hisslərinin aşılanması şagirdlərdə mənəvi-əxlaqi  də­yərləri daha da zənginləşdirir. Əsl vətənpərvərlər – daxilən zəngin olan insanlardır.

Bu yolla vətənpərvərlik tərbiyəsi altında biz, peda­qoq­lar və uşaqların təhsilə birgə münasibətini, bu yönümdə fəaliy­yətini başa düşürük. Bu fəaliyyət uşaqlarda ümum­bə­şə­ri əxlaqi keyfiyyətlərin formalaşdırılmasını, vətənə və döv­lətinə məhəbbəti nəzərdə tutur. Məktəbimizdə aparılan bütün təlim-tərbiyə işi də bu məqsədlərə xidmət edir. Bundan ötrü təlim-tərbiyə prosesini düzgün təşkil etmək lazımdır.

Biz hansı işlə məşğul oluruqsa, olaq, bu liseyin gün­də­lik həyatında öz əksini tapır. Təlim-tərbiyə işi də çoxşaxəli, böyük enerji, vaxt, bacarıq, səbr tələb edən bir işdir. Bu sa­hədə Liseyin bir çox qayğıları məhz tərbiyə işləri üzrə di­rektor müavinin üzərinə düşür. O, üzərinə düşən vəzifələrin icrasına bütün qüvvəsini həsr etməli, işində özünəməxsus iz qoymalı, liseydə tərbiyəvi əhəmiyyət daşıyan məqsədyönlü işlərin həyata keçirilməsinə bütün gücünü həsr etməlidir.

R.Z. – Siz pedaqoji prosesə, təlim-tərbiyə işinə ümu­mi nəzarəti önə çəkdiniz. Bu nəzarət prinsipləri əsa­sən nəyə xidmət edir? Əlbəttə ki, yaxşı mənada.

B.M. – İstənilən təhsil ocağında tədrisin səviyyəsinin yük­səldilməsi işində rəhbərliyin ümumi nəzarəti az rol oy­namır. Nəzarətin yüksək səviyyədə olması qarşıda duran və­zifələrin həllində qarşıya çıxacaq çətinliklər və problemlərin həllinə yönəldilir. Bunların vaxtında həyata keçirilməsi hər bir təhsil ocağının  müsbət işində öz əksini tapır. Liseyin bü­tün işlərində effektiv nəzarət funksiyalarının təşkili praktik əhə­miyyət daşıyır. Bu özündə müəllimlərin, məşqçilərin me­to­diki hazırlığının, şagirdlərin dərslərə davamiyyətinin, tə­lim-tərbiyəsinin səviyyəsini daim nəzarətdə saxlamaq və bu işdə onlara hərtərəfli köməkliklər göstərmək imkanı verir. Əgər rəhbərlik öz işində hansısa irəliləyişlərə, uğurlara imza at­­maq istəyirsə, bu nəzarəti gündəlik iş normasına çevril­mə­li­dir. Çünki istənilən  təhsil ocağının effektiv işində əsas ad­dım, şagirdlərin təhsildə nailiyyət qazanması və pedaqoji per­sonalın iş şəraitinin yaxşılaşdırılmasıdır. Təlim-tərbiyə işi­nə pedaqoji analiz verərkən bunları nəzərdən qaçırma­ma­ğa çalışır, liseydə təhsilin, təlimin keyfiyyətini yüksəldən pedaqoji şəraitin təşkilinə var gücümüzü həsr edirik.

R.Z. – Bu gün milli təhsilimizdə ailə-məktəb-şagird münasibətlərinin təşkilinə böyük önəm verilir. Gəncə İd­man Liseyində bu münasibətlər hansı səviyyədə qurul­muş­dur? Və bu liseyin işinə hansı dərəcədə müsbət təsir göstərir?

B.M. – Müasir təhsil sistemi gənclərin müasir cəmiy­yə­tə effektli hazırlığı üçün əlindən gələni edir. Əlbəttə ki, or­ta təhsil ocaqları  şagirdlərin təlim-tərbiyəsi və bir şəxsiyyət kimi formalaşmasına böyük diqqət yetirir. Orta məktəblərin həm tərbiyəvi, eləcə də sosial  rolu gündən-günə artmaqdadır və bu səbəbdən məktəb cəmiyyətin onlara etibar etdiyi işi doğ­rultmalıdır. Uğurlu tədris prosesinin qurulması şərtlərin­dən biri də müəllim-şagird-valideyn  münasibətlərinin düz­gün qurulmasıdır. Bu münasibətlərin qayda və prinsipləri uşaq­ların bilik və bacarığının artırılmasına  və onlar arasında etibarlılığın artmasına kömək edir, onlarda yaxşı oxumağa, mək­təbin işlərində fəal olmağa maraq yaradır. Bu münasi­bət­lərin yüksək səviyyədə olması uşaqların ümumi inkişa­fında öz müsbət izini qoyur. Orta məktəblərdə keyfiyyətli işin birinci şərtlərindən biri bu münasibətlərin təşkilində münasib iqlimin yaradılmasıdır ki, bu da təhsildə və təlim-tərbiyədə öz müsbət sözünü deyir.

Gəncə İdman Liseyində təhsil idman təyinatlıdır. Bu­ra­da ümumi təhsillə birlikdə peşəkar idmana qədəm basan ba­carıqlı uşaqlar yetişdirilir. İdmançı olmaq həvəsi bu  uşaqları  bir çox zərərli vərdişlərdən uzaq qaçmağa , sağlam  həyat tərzi sürməyə, daim məşqlərdə iştirak edib, öz bacarıqları üzərində işləməyə ruhlandırır. Lisey ilə yanaşı, ailədə də sağlam tərbiyəvi mühitin yaradılması bu işdə böyük önəm daşıyır. Bu uşaqların idmana olan həvəsi ailə tərəfindən də müsbət qarşılanmalı, onlara evdə də hər cür şərait yaradıl­malı, onlar hər vasitə ilə bu işə həvəsləndirilməlidirlər.

Sonda onu da demək istərdim ki, ailə və məktəbin müş­tərək işi olmadan öz həyati mövqeyi olan, gələcək yo­lunu seçməyi bacaran, gördüyü işin əhəmiyyətini və  şəxsi həyatının mənasını başa düşən, özünü idmanda və ümu­miy­yətlə, həyatda tapmağa çalışan uşaqların yetişdirilməsi çox çətin olardı. Bu işdə ailə də, məktəb də öz dəyərli sözünü deməlidir. Biz pedaqoqların borcu isə bu uşaqlara bilik, təc­rübə və bacarığımızı əsirgəməmək, gördüyümüz işə ürəklə can yandırmaqdır. Bu yolla biz – ailə və məktəb – uşaqlara ən yüksək formada təlim-tərbiyə verə bilər, onlara gələcək həyata layiqincə hazırlaya bilərik.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.