Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib
Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibləri iştirak ediblər.
Anar Qədiməliyev şagirdlərin milli ruhda tərbiyəsi, onlara vətənpərvərlik hissinin aşılanmasında ümumi təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən danışıb. Müsabiqənin əhəmiyyəti və vacibliyi barədə danışan idarə müdiri layihələrin icra müddətində layihə rəhbərlərinə uğurlar arzulayıb.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 10 layihə qalib olub.



