Təhsil Nazirliyi qələbə ilə bağlı əmr hazırlayır

“Azərbaycanın tarixi şanlı qələbəsi haqqında məlumatların fənnindən və sinfindən asılı olmayaraq, müəllimlər tərəfindən şagirdlərə ötürülməsi, onlarla müzakirə edilməsi ilə bağlı Təhsil Nazirliyində əmr hazırlanır”.

Etmtv. news xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, şanlı qələbəyə gedən yol uşaqlarla analiz edilməlidir: “İşğaldan azad edilən torpaqlarımızın coğrafiyası, musiqisi, tarixi haqqında şagirdlərə danışmaq lazımdır. Bu, böyük bir öyrənmə arealıdır”.

“Fənnindən, sinfindən asılı olmayaraq, istənilən dərsdə bu mövzu keçirilə bilər. Bundan uşaqlarda vətənpərvərlik ruhunun yüksəlməsi üçün istifadə etmək lazımdır”, – deyə şöbə müdiri qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.