Nazirlik xaricdə təhsil məsələləri, təqaüd proqramları və s. tipli mövzuların daha aydın mənimsənilməsi və ictimailəşdirilməsi üçün media nümayandələri üçün onlayn seminarlar keçirə bilər.
2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı keçirilən onlayn mətbuat konfransında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov nazirliyin bununla bağlı müəyyən addımlar atacağını bildirib.
“Bu seminarları may ayında keçirməyi düşünürdük, lakin pandemiya səbəbiylə təxirə salındı və avqust üçün təşkili planlaşdırılır. Hətta xarici ölkələrdən də mütəxəssislər dəvət olunacaq”.