Təhsil naziri Ceyhun Bayramov 11 aprel 2019-cu il tarixində, saat 10:00-da Samux şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Samux, Göygöl, Kəlbəcər rayon və Gəncə şəhər sakinlərini qəbul edəcək. Qəbulda Samux, Göygöl, Kəlbəcər rayonlarında və Gəncə şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə biləcəklər.
Təhsil naziri Samux şəhərində vətəndaşları qəbul edəcək
