“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində təlim keçirilib

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində Qubada respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən təhsil menecerləri üçün 4 günlük təlim təşkil edilib.

Təlim proqramı zamanı iştirakçılara Təhsil Nazirliyi və Təhsil İnstitutunun əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər və icra olunan layihələr haqqında seminarlar keçirilib. Eyni zamanda təhsil menecerlərinin gələcək fəaliyyət planı üzərində müzakirələr aparılıb.

İştirakçılar həmçinin Quba rayonunda fəaliyyət göstərən bir neçə ümumi təhsil müəssisəsinə səfər ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.