Təhsilə, təlim-tərbiyəyə düzgün münasibət keyfiyyətli təhsilin mənbəyidir- Pedaqoji söhbət

Mehdi Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin məzunlarının böyük əksəriyyəti ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən Gəncə şəhərində fəaliyyət göstərən orta təhsil ocaqları arasında rekord nəticələr əldə edib. Bu məktəbin şagirdləri ən yüksək ballar toplayaraq respublikamızın nüfuzlu ali məktəbləinəə qəbul olunublar. Bu ənənənin hər il davam etdirilməsi, nəticələrin daha da uğurlu olması, illər ərzində məktəbin qarşısına qoyulan əsas məqsədlərdən olmuşdur.

Təhsilə, təlim-tərbiyəyə düzgün münasibət keyfiyyətli təhsilin mənbəyidir. Bu, təhsilin keyfiyyətini artırmaq üçün yüksək nailiyyətləri olan məktəblərdə qarşıya qoyulan əsas prioritetlər hesab olunur. Hər bir məktəb qarşısına hərtərəfli biliyə, mütərəqqi dünyagörüşə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata, mədəni dəyərlərə yiyələnən şəxsiyyət formalaşdırmaq və cəmiyyətimiz üçün layiqli vətəndaş yetişdirmək kimi ali bir məqsəd qoyur. Bu məqsədin yerinə yetirilməsi isə şərəfli olduğu qədər də məsuliyyətlidir.

Müsahibimiz Gəncə şəhəri Mehdi Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin direktoru, Respublikanın Əməkdar müəllimi Əliağa Səfərəliyevdir.

Mehdi Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin 2022 -2023 tədris ilinin 10 məzunu 600-dən artıq bal toplayaraq respublikanın nüfuzlu ali təhsil ocaqlarına qəbul olunmuşdur. Sizcə bu təsadüfdür, yoxsa, bu gənclərin 11 illik təhsilinə, təlim-tərbiyəsinə çəkilən gərgin zəhmətin göstəricisidir?

-Sağlam düşüncəli, savadlı və bilikli yeni nəslin yetişdirilməsi qarşımızda duran ən mühüm vəzifədir. Dövlətimizin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, zəngin elmi potensialın yaradılmasına xidmət edir. Biz də hər zaman gənclərə qayğı ilə yanaşır, onların təhsil, təlim-tərbiyə ilə bağlı bütün problemlərini həll etməyə çalışmışıq.

    -İdarəetmənin təməlində demokratiklik, obyektivlik, humanistlik və ədalətlilik prinsipi, uğurlu təhsilin təməlində isə düzgün idarəetmə dayanır. Minlərlə şagirdin təhsil aldığı bir məktəbin idarəediciliyini üzərinə almağın verdiyi məsuliyyəti çiyinlərdə daşımaq nə qədər çətindir?

   -Bu iş nə qədər çətin olsa da, bir o qədər də şərəflidir. Ona görə ki, məktəb cəmiyyətin ailədən sonra ikinci nisbətən böyük modelidir. Rəhbəri olduğum məktəb-liseydə özümə də hər gün xatırlatdığım birinci şərt obyektiv ola bilmək, demokratik şəraiti qorumaq, ədalətli qərar qəbul etmək və humanist olmaqdır. Zaman da göstərir ki, bu prinsiplər əsasında fəaliyyət göstərən məktəblərdə şagirdlər daha böyük uğurlara nail ola bilir.

    -Lakin uğurlar tək bu prinsiplər əsasında əldə edilmir.

-Əlbəttə ki, keyfiyyətli təhsil, düzgün idarəedicilik sistemi, işgüzar müəllim kollektivi bu işdə uğur və nailiyyətlərin əsas açarıdır. Məlumdur ki, məktəb kontingentinin əsasını şagirdlər təşkil edir. Məktəblilərin fikirlərini dinləmək, onlarla maraqlı bilik yarışları keçirmək, müsabiqələr təşkil etmək, şagird və müəllimlərin təklif etdikləri layihələri dəyərləndirmək işin doğru istiqamətdə inkişafı üçün zəmin yaradır. Bu istiqamətdə bir sıra uğurların olması isə işin səmərəliliyini artırır və şagirdlər arasında motivasiya yaradır. Həmçinin, şagirdlərin hərtərəfli inkişafı və düzgün istiqamətdə formalaşması üçün həyata keçirilən layihələr təhsil müəssisələrinin həyatını daha da canlandırır. Bu baxımdan son illərdə məktəbimizdə uğurların sayı-hesabı yoxdur. Bu təhsil ocağı hər işdə öncül olmuşdur. İstər məktəbdaxili tədbirlərdə, istərsə də məktəbdənkənar bütün yarış və olimpiadalarda məktəbimizin şagirdləri həmişə öncül nailiyyətlərə imza atmışlar. Məktəbimizin müəllim kollektivi tərəfindən keyfiyyətli tədris, təhsil sahəsindəki islahatların uğurla reallaşdırılması və digər müvafiq dəyərləri təbliğ etmək məqsədilə tədris ili ərzində çoxsaylı işlər reallaşdırılıb. Bu da tədrisdə, təlim-tərbiyədə öz sözünü deyir. Nəticələr isə göz qabağındadır. Başçılıq etdiyim təhsil ocağı şagirdlərin ali təhsil ocaqlarına qəbulu üzrə rekord nəticələr əldə edib. Bu səbəbdən məktəbimiz şəhərimizin, eləcə də regionun sayılıb-seçilən təhsil ocaqlarından biri olaraq qalır və ümid edirik ki, bundan sonra da belə olacaqdır.

Məktəbimizin 2022-202-ci tədris ilinin buraxılışı olan daha bir sinifində 11D-də 100 faiz qəbul var. Qeyd edilən bu sinifin bütün şagirdləri ölkəmizin nüfuzlu ali təhsil ocaqlarına qəbul olublar.

Uğurlarımız tək bununla yekunlaşmır. Şagirdlərimizdən Vəlizadə Elmin Niyazi oğlu 629 bal ilə ADA universitetinin “Maliyyə” ixtisasına qəbul olub. Həsənova Elmira Müzadil qızı 618 bal ilə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasına qəbul olub. Xudiyeva Cəmilə Kənan qızı 601 bal ilə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına, Həsənov Elvin Elşən oğlu 601 bal ilə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasına, Əhmədov Elşad Elmar oğlu 608 bal ilə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına, Seyidov Arif Nazim oğlu 613 bal ilə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına, Vəlizadə Elmin Niyazi oğlu 629 bal ilə ADA Universitetinin “Maliyyə” ixtisasına, Əliyeva Aysel Müşviq qızı 634 bal ilə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına, Əsgərov Rasim Ruslan oğlu 650 bal ilə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasına, Hüseynova Zəkiyyə Toğrul qızı 657 bal ilə ADA Universitetinin “Hüquqşünaslıq” ixtisasına qəbul olunublar. Şagirdlərimizi təbrik edirik, onların uğurlarının davamını diləyir, gələcək həyatlarında uğurlar arzu edirik.

Təhsildə qazanılan uğurların miqyası əsasən, şagirdlərin bilik göstəricilərinə əsaslanır. Qəbul imtahanlarında əldə edilən nəticələr məktəbin məzunlarının bilik səviyyəsinin əyani göstəricisidir. Amma bu biliklərin səviyyəsi onların gələcəkdə hansı ixtisaslara üstünlük verəcəyini də şərtləndirir…

-Bu işdə onların fənn müəllimlərinin əməyi də böyük rol oynayır. Onlar şagirdlərdə tədrisə maraq yaratmaqla, onları gələcəkdə ixtisasları üzrə, yaxud ixtisaslarına yaxın sənət və peşələrə yönəldirlər. Bütün peşələr yaxşıdır. Amma ən yaxşı peşə insanın qəlbən sevdiyi, yiyələnməyə çalışdığı peşədir. Əgər həvəs vardırsa, şagird bu istəyinə çatmaq üçün var gücü ilə oxuyacaq, təhsilini davam etdirmək, biliyini daha da inkişaf etdirmək üçün çalışacaqdır. Sevinirəm ki, müəllimlərimiz öz yetirmələri olan bu şagirdlərdə həmin istəyi yarada biliblər.

Gəlin məktəbimizin tələbə qəbulu üzrə bu ilə aid olan statistikaya nəzər yetirək- Məktəbimizi bu il 194 şagird bitirib. Onlardan 180-i ali məktəblərə iş verib. 135 nəfəri ali təhsil ocaqlarına daxil olub. Onlardan 116-sı ölkəmizdə fəaliyyət göstərən ali məktəblərə, 19 nəfər isə xarici dövlətlərdəki universitetlərə daxil olub. 21 şagirdimiz 500-dən çox, 10 nəfər şagirdimiz isə 600-dən çox bal toplayıb. 1 nəfər Polis Akademiyasına, 1 nəfər Ali Hərbi Akademiyaya, 2 nəfər Milli Aviasiya Akademiyasına, 3 nəfər ADA Universitetinə, 4 nəfər şagirdimiz isə xüsusi təyinatlı universitetlərə qəbul olunub. Digər 7 şagirdimiz xarici dil müəllimliyi üzrə ixtisaslara qəbul olunublar.

Ali məktəblərə qəbul olunanlar arasında məktəbi qızıl medal ilə bitirmiş şagirdimiz- Hüseynova Zəkiyyə Toğrul qızı da var. O, Respublika fənn olimpiadasının Azərbaycan tarixi üzrə qızıl medalçısıdır. Görürsünüz ki, onlar yüksək biliyə sahib olmaqla bərabər nailiyyətləri olan və bu biliyi ilə yüksək məqsədlərə çatmaq üçün can atan şagirdlərdir. Bu, əlbəttə ki, məktəbimiz üçün sevindirici haldır.

   Şagirdlərimizin bundan sonra da uğurlarının bol olmasını istəyirik. Gələcəkdə şagirdlərimizin uğurlarının daha sevindirici olması üçün əlimizdən gələn hər şeyi edəcəyik.

   -Ali məktəblərə qəbul olmuş bu gənclərə arzularınız…   

   –Gəncləri bir daha təbrik edirəm. Onlara uğurlar arzulayıram. Müəllimlərə əhsən… Onların sirasında informatika ixtisası üzrə qəbul olanların da olması bu il ilk dəfə qəbula düşən informatika fənn müəllimlərinin özlərinin təsdiqidir. Müəllimlərə bir daha əhsən.

  Ruhulla Zahidov, yazıçı-jurnalist.                     

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.