Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşəbbüsü və Şabran Xəqani Poeziya evinin birgə təşkilatçılığı ilə “Sumqayıt -70”, 28 may Respublika gününə həsr edilən “Hər qarışın əzizdir” adlı tədbir keçirilib.
Tədbiri Poeziya evinin direktoru Aybəniz Əliyar açıb, Sumqayıt şəhərinin 70 illiyi, 28 may Respublika günü ərəfəsində baş tutan belə gözəl tədbirə təşrif buyuran hər bir kəsi salamlayıb, Şabran ədəbi mühitinin nümayəndələrini qonaqlara təqdim edib.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Azərbaycanın müstəqillik taixindən, müstəqilliyimizin yenidən bərpa edilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən və Sumqayıtda gedən abadlıq- quruculuq işlərindən danışıb. Qeyd edib ki, “Sumqayıt- 70” çərçivəsində çox gözəl ədəbi layihələr həyata keçiririk. Elə müstəqilliyimizin ildönümünə təsadüf edən bu tədbir də o qəbildəndir.
Şair Əşrəf Veysəlli, Zirəddin Qafarlı, Sabir Yusifoglu, Məryəm Aslanqızı, ,Zakir Bayramlı, Sevinc Məmmədova,Mədaxil Cavadlı, Ənvər Zeynallı, Qızqayıt Mahmudova, Şərbətəli Mahmudov, yazıçı Xələfbəyli Mənsurə Eldarqızı, AYB-nin Şabran Bölməsinin sədri, yazıçı-publisist Aydın Tağıyev,Turan”ədəbi Məclisinin sədri Rəfiqə Şəms, AAB Sumqayıt bölməsinin sədri Qənirə Mehdixanlı, Mədəniyyət Mərkəzinin əməkdaşı Əmirqulu Cümşüdov, qocaman jurnalist Mürsəl Balayev, “Əfsun” jurnalının təsisçisi və redaktoru Təranə Musayeva, rayon ziyalılarından Tofiq Əmrahov, gənc yazarlar Tural Coşqun, Gülsarə, Ömər Nurlan, Vüsalə Anar, Əbil Əbilov çıxış edərək tədbirlə bağlı təəssüratlarını bildiriblər, şairlər isə yeni şeirlərini oxuyublar. Şabran rayon 5 saylı tam orta məktəbin şagirdləri isə Əfzələddin Xaqaninin həyatını özündə əks etdirən səhnəcik təqdim edib və Fəxri Fərmanlarla mükafatlandırılıblar.
Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarına təşəkkürünü bildirərək belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb.