SSRİ dövründə azərbaycanlıların hərb sənətinə yiyələnməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin misilsiz təşəbbüsü

Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü, zəhməti və uzaqgörənliyi sayəsində, böyük əziyyətlər bahasına tarixi addım atıldı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Nəticədə hərbi məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rolu oldu. Bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və rəşadət göstərdilər.
Bu gün Ulu öndər Heydər Əliyevin yaratdığı Hərbi liseydə yüzlərlə gənc hərbi təhsil almaqda davam edir. Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə ümummilli lider Heydər Əliyevi düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi olub. Ulu Öndər taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edənlərə böyük hörmətlə yanaşıb və həmişə onların xidmətlərini yüksək qiymətləndirib.
Əsası 1971-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Silahlı Qüvvələr üçün zabit kadrlarının hazırlanmasında əvəzsiz xidmətləri var. Məhz buna görə də 1998 və 2003-cü illərdə ölkə başçısının müvafiq fərmanları ilə Hərbi liseyin 25 və 30 illik yubileyləri dövlət səviyyəsində böyük təntənə ilə qeyd olundu. 2003-cü il aprelin 21-də Ulu Öndər indiki Heydər Əliyev adına sarayda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə hərbi təhsil ocağına olan sevgi və məhəbbətini bu sözlərlə ifadə etmişdir: “Sizə səmimi deyirəm, Cəmşid Naxçıvanski adına Hərbi Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona, bax bu cür baxacağam.”
Nazim Hacıyev,
Gəncə şəhər 9 nömrəli tam orta məktəbin direktoru. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.