“Space TV”-də yeni rəhbər təyinatı

Vaqif Mustafayev tutduğu vəzifədən istefa verib. “Space” TV-nin prezidenti Vaqif Mustafayev istefa ərizəsi yazaraq kanalı tərk edib. Vaqif Mustafayev kanala 2006-cı ildən rəhbərlik edirdi.

Vaqif Mustafayevin vəzifəsini tərk etməsindən “Space TV”yə rəhbərlik edəcək şəxsin kimiyi məlum olub.

Etmtv. news xəbər verir ki, telekanala rəhbərliyi Rəşid Behbudovun kürəkəni, eləcə də əfsanəvi müğənninin adını daşıyan Fondun direktoru Kamil Şahverdiyevin edəcəyi bildirilib.

Qeyd edək ki, artıq telekanalda bir sıra dəyişikliklərə start verilib. Bir vaxtlar ATV-də rəhbər vəzifədə çalışmış Həsən Abdullayev də “Space TV”də işə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.