Yerevanda Ermənistan parlamentinin sədri Ararat Mirzoyan etirazçılar tərəfindən döyülüb.
Yerli KİV yazır ki, onun avtomobili saxlanılıb. Avtomobilin içində uşaqların olduğu da deyilir. Etirazçılar buna baxmayaraq, spikeri maşından düşürərək döyüblər.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Ermənistan hökümətinin başçıları bundan artıq “nəzakət”ə layiq deyillər. Əlləri Azərbaycan xalqının qanına batmış bu cəlladların hamısını bu aqibət gözləyir.
Onu da bildirək ki, baş nazir Nikol Paşinyanın Qarabağ müharibəsinin sona çatması ilə bağlı müraciətindən sonra Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları başlayıb. Yerevanın mərkəzinə avtomobillərlə insanların axını davam edir. Etirazçılar hökumət binasına giriblər, şüşələrin və qapıların qırıldığı deyilir.
Etirazçılar Robert Köçəryanı Paşinyana qarşı hərəkata rəhbərlik etməyə çağırırlar. Necə deyərlər, olmasın Paşinyan, olsun, Köçəryan. Onsuz da eyni xislətə xidmət edən köpəkdirlər!
Bizim onlara sözümüz birdir: – Yaşasın, Ali Baş Komandan! Yaşasın, Azərbaycan xalqı! Yaşasın, öz zəfər yürüşü ilə xalqımıza sevinclər bəxş edən Azərbaycan Ordusu!