Son günlər Rusiyalı teleaparıcı Vladimir Solovyovun Azərbaycana qarşı növbəti informasiya təxribatı ilə üzləşməkdədyik. Əslində bu ermənipərəst şəxsin hədyanları yenilik deyil, 44 günlük Vətən müharibəsində ermənidən çox ermənilik edən, Ara Abramyanın, Aram Qabrielyanovun pulu ilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparan bu Bülbülün (Solovyovun Azərbaycan türkçəsində ifadəsi) simasında nifrət, hətta terrorçulara xas ritorikasını çox sezmişik.
“Crocus City Hall”da törədilmiş terrora etnik fon verərək azərbaycanlı izi axtaran Solovyovun özü terrorçularla yaxın olub, Qarabağdakı erməni terrorçularının rəhbərləri Qukasyan, Vardanyan, Balasanyan, Sarkisyan, Araik və digərləri ilə şəxsi dostluğu olub, hazırda Bakıda həbsdə olan David Babayanı Rusiyanın aparıcı dövlət kanalının efirinə dəvət edərək separatizmi və neofaşizmi təbliğ edib.
Belə bir yaramazın azərbaycanafob təşviqat aparması da təəccüblü deyil, bunun kökündə Rusiyadakı soydaşlarımıza qarşı dini zəmində qarşıdurmalar yaratmaq xisləti dayanır. Sözsüz ki, bu təxribatların arxasında isə erməni klanı dayanır, xüsusilə də media maqnatı Aram Qabrielyanov onu körükləyir.
Əsas məqsəd Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir.
Paşinyan hökuməti Moskva ilə münasibətləri bərbad hala saldığından və İrəvanda rusofobiya meyilləri artığından Rusiya erməniləri, xüsusilə də lobbi dar qəfəsə sıxışıb, hazırda daha çox möhkəmlənən Azərbaycan-Rusiya strateji müttəfiqliyi onları rahat buraxmır. Solovyov kimilərin vasitəsilə Azərbaycana və soydaşlarımıza qarşı əsassız ittihamlar, çirkin kampaniyaların da kökündə bu dayanır.
Ancaq unudurlar ki, Rusiyanın çətin günlərində ilk yanında olan Azərbaycan və azərbaycanlılar olub. Cənab Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verərək bu şiddətli terroru ilk qınayanlardan oldu, terror zamanı qarderob bölməsində işləyən bir həmvətənlimiz 100-lərlə insanı xilas etdi.
Bu gün terrorla mübarizədə ən fəal ölkələrdən biri Azərbaycandır, çünki özü 30 ildən çox erməni terroruna məruz qalıb və 100-lərlə günahsız insan bu vəhşiliyin qurbanı olub. Azərbaycan dövlət Moskva hadsələrini qətiyyətlə pisləyərək günahkarların tezliklə layiq olduqları məsuliyyətə cəlb edilməsini istəyir, bölgədə bütün terror yuvalarının dağıdılmasını, onu dəstəkləyənlərin ifşa edilməsini tələb edir.
Solovyov terror izini Azərbaycan sərhədlərindən kənarda, Ermənistanda axtarmalıdır. Bu ölkədə separatizm və ərazi iddiası dövlət siyasətidir və bu ideologiyanı dəstəkləyənlərin böyük bir qismi məhz terror qruplarıdır. Dünyada amansız terror aktları törədən 27 ən qanlı təşkilatın 12-si məhz ermənilərə məxsusdur. “Hnçaq”, “ASALA”, “Ermənistan azadlıq cəbhəsi”, “Fidiani”, “Dro”, “Qara sentyabr” , “Njde” kimi terror təşkilatları daha təhlükəlidir.
Bir qədər əvvəllərə getsək, SSRİ dövründə terror törədənlərin də ermənilər olduğunu görə bilərik. Akop Stepanyan, Zaven Baqdasaryan və Stepan Zatikyan kimi terrorçular Sovetlər İttifaqında onlarla günahsız insanın həyatına son qoyublar. 1977-ci il yanvar ayının 8-də Moskvada metroda terror hadisəsini törədən Zatikyan hələ də rusların yadından çıxmayıb. Bu cür faktları uzatmaq da olar.
Sonuncu terrorla bağlı isə Rusiyanın “Dojd” “YouTube” kanalının aparıcı Anna Monqayt “Krokus Siti Holl”un əməkdaşının sosial mediada yayılan fikirlərini təqdim edərkən bildirdi ki, zalda terrorçuların sırasında ermənicə danışanlar olub. Hadisədən sonra Rusiya mediasının özündə Rusiya Federal Təhlükəsizlik Xidmətinin bir neçə əməkdaşının xüsusi reys ilə İrəvana getməsi və terror şübhəsi ilə bu ölkədə 6 şəxsə qarşı əməliyyat keçirməsi də yer aldı. Terrorun tanınmış azərbaycanlı iş adamına məxsus məkanda törədilməsi də şübhə doğurur, həmin ticarət zonasında ötən dövrlərdə Ara Abramyan tərəfindən dəfələrlə təxribatlar hazırlanmasına dair fikirlərə də dəfələrlə rast gəlmişik.
Yəni, Solovyova Bülbül Solosu oxutduran erməni lobbisi özlərinin terrorçu simasını ört-basdır etmək üçün bu cür ucuz ssenarilər qururlar.
Mən tam əminəm ki, terrorçuların axtarışı ilə bağlı aparılan tədqiqatlarda erməni terror qruplaşmalarına bağlı şəxslər də aşkar ediləcək.
Vaqif Abullayev,
Siyasi elmlər doktoru, professor.