SMS icazə və sərt karantin tətbiqi olacaqmı? – Açıqlama

“Azərbaycanda risk qrupuna daxil olan insanların böyük əksəriyyətinə peyvənd vurulub və proses artıq yekunlaşmaq üzrədir”.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib.

Imran Mirzəzadə  ölkədə risk qrupundan sonra digər kateqoriyanın peyvəndlənmə prosesinə davam ediləcəyini bildirib :
“Hesab edirəm ki, Azərbaycanda peyvəndlənmə prosesi ləng gedir. Yaxın vaxtlarda bu prosesin daha da sürətlənəcəyinə inanıram. Virusdan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır. Risk qrupuna daxil olan şəxslərin peyvəndlənməsi bitdikdən sonra, yəqin ki, digər qrupa daxil olan insanlara peyvənd vurulacaq. Hazırda isə peyvənd vurulan şəxslərin sayı çox olmadığı üçün bu, yoluxma sayına o qədər ciddi təsir etmir”.
Həkim qarşıdakı günlərdə yoluxma sayı kəskin artarsa, tam qapanmaya gedilə bildiyini də qeyd edib:
“Düşünmürəm ki, üçüncü dalğa ikinci kimi sərt olacaq. Bundan sonrakı məhdudiyyətlərin tətbiqi yoluxma sayının artımından asılı olacaq. Məncə, yoluxma sayı artarsa, SMS icazə sistemi və tam qapanma tətbiq edilə bilər. Rəqəmlərdə artım olmasının səbəbi ictimai nəqliyyatda, kafe-restoran və digər qapalı iaşə obyektlərində virusun yayılması üçün münbit şəraitin olmasıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.