“Sertifikasiyada uğur qazana bilməyən 800-ə yaxın müəllim işdən kənarlaşdırılıb”.
Etmtv.news xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov media üçün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, son 1 il ərzində həmin müəllimlər tədris prosesindən uzaqlaşdırılıb.
“2026-cı ilə qədər sertifikasiya imtahanının əhatə dairəsi genişləndiriləcək. Sözügedən ildə ilk sertifikasiya imtahanı verən müəllimlər də yenidən imtahana cəlb ediləcək.