SAMUX RAYONUNDA GDU-NUN TƏLƏBƏSİNİN “VƏTƏN SƏRHƏDDƏN BAŞLAYIR” LAYİHƏSİ KEÇİRİLƏCƏKDİR

Samux rayonunda Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin tələbəsi Nərminə Cəfərovanın ”Vətən Sərhəddən Başlayır” adlı layihəsi keçiriləcəkdir.

BİR Tələbə Könüllü Proqramının Gəncə üzrə koordinatoru, TGT fakültə sədri Nərminə Cəfərovanın verdiyi məlumata görə  layihənin keçirilməsində məqsəd müharibə şəraitində yaşayan ölkə olaraq gənclərin vətənə, xalqa,  millətə bağlılıqlarının artırılması, vətənpərvərlik ruhunun aşılanması, informasiya müharibəsində gənclərin yaxından iştirakının təmin edilməsi, onların asudə vaxtlarının səmərəli təşkil olunması ilə ümumilikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdır.

Layihədə təlimlərin keçirilməsi, inşa və rəsm müsabiqələrinin təşkil edilməsi,  seminarlar və təlimçilərin çıxışı, gənclərə bir daha vətənə xalqa sevgi hislərinin aşılanması nəzərdə tutulmuşdur.

Layihənin sonunda könüllü komanda və inşa rəsm müsabiqələrinin qaliblərinə sertifikatlar təqdim olunacaqdır .

Layihədə 14-29 yaşlı gənclər və orta məktəb şagirdləri iştirak edə biləcəklər.

Layihə 20 fevral 2020-ci il  tarixində Samux rayonunda keçiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.