Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalından baş tutan gecənin təşkilatçısı Tərifə Abbasova iştirakçıları salamlayaraq, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi, Türkiyə Avrasiya Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza və Mikayıl Müşfiq mükafatçısı, şair, dramaturq Xəzangül Hüseynovaya həsr olunmuş “Bir səssiz gileyəm…” adlı yaradıcılıq gecəsində şairin həyat və yaradıcılığından bəhs edən video-çarxı tədbir iştirakçılarına təqdim edib. Gecədə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova, İcra hakimiyyətinin məsləhətçisi Yadigar Bədəlov, yazıçı Nüşabə Məmmədli, AYB Gəncə bölməsinin üzvləri, teatrşünas – tənqidçi Anar Bürcəliyev, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov, “Gəncənin səsi” və “Novosti Qyandja” qəzetinin redaktorları Rəfiqə Sadıqova və İrina Kalaşnikova, şəhər ziyalıları, Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyasının solistləri, M.Mehdizadə adına 4 №-li tam orta məktəbin bir qrup müəllim və şagirdləri, kitabxananın əməkdaşları, oxucular iştirak edirdi. Tədbirdə çıxış edənlər, şairin qələm dostları X. Hüseynovanın yaradıcılıq məziyyətlərindən, şeirlərindəki həyatsevərlikdən, incə məna çalarlarından, ədəbiyyata gələn maraqlı qələm sahiblərindən biri olduğundan, ictimai fəaliyyətindən, ölkədə və ölkədən kənarda çap olunan kitablarından söz açdılar və yeni yaradıcılıq uğurları arzuladılar. Aktyorlar və məktəblilər Xəzangül xanımın “Завещание Богу” adlı kitabından rus dilində şerlər söylədilər, müğənnilərin ifasında mahnılar səsləndi. Şairə-dramaturq Xəzangül Hüseynovanın dövrün çox aktual bir mövzusunu özündə əhatə edən “Məhəbbətin qənimi” və Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Xərabət gözəli” pyesləri tədbir iştirakçılarında böyük maraq doğurdu. Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artist Ramiz Vəliyev, istedadlı aktyorlardan: Mətləb Təhmazi, Günay Cabbarova, Ruslan Hüseynovun ifaları alqışlarla qarşılandı.
Tədbirin sonunda Xəzangül xanım öz ürək sözlərini bildirdi, işıq üzü görən kitablarından söz açdı və tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Tədbir çox böyük ruh yüksəkliyi ilə keçdi. Tədbirin sonunda şair ilə xatirə şəkilləri çəkildi.
Şair-dramaturq Xəzangül Hüseynovaya həsr olunmuş “Bir səssiz gileyəm” adlı gözəl yaddaqalan yaradıcılıq gecəsi kitabxanada keçirilən maraqlı və yaddaqalan möhtəşəm tədbirlərdən biridir.
Gecədə Xəzangül xanımın “Məhəbbətin qənimi” və “Xərabət gözəli” pyesləri, Xəzangül xanımın yaradıcılığından bəhs edən video-çarx, eləcədə, aktyorların və məktəblilərin ifasında şairin azərbaycan və rus dillərində səsləndirilən şeirləri tədbir iştirakçıları tərəfindən maraqla və alqışlarla qarşılandı.
Əhsən gecənin təşkilatçısı Tərifə Abbasova bu cür maraqlı və gözəl tədbir təşkil etdiyinə görə təşəkkürlər. Həmişə Var olun və bu cür Möhtəşəm və Yaddaqalan tədbirlər təşkil edin!