“Sağlam Ruh – Xoşbəxt gələcək” layihəsi çərçivəsində təlimlərə start verilib

Gəncədə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin qalibi olmuş “Sağlam Ruh – Xoşbəxt gələcək” layihəsinin ilk təlimi həyata keçirilib.
Təlim Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici-dillər təmayüllü məktəb-liseydə baş tutub. Təlimdə həmin məktəbin IX sinif şagirdləri iştirak edib.
Layihənin psixoloqu şagirdlərlə psixoloji müşahidələr aparıb, interaktiv oyunlar keçirib. Şagirdlər onları narahat edən problemləri psixoloqa ünvanlayıb.
Məlumat üçün qeyd edək ki, layihə müddətində həmçinin valideynlərlə offline və online görüşlər keçirilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.