ŞAGİRDLƏRİN VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ GÜNÜN VACİB TƏLƏBİ KİMİ

Müasir şəraitdə tədris ocaqlarında təlim-tərbiyənin günün tələbləri səviyyəsində yenidən qurulması qarşıya qoyulan ən ümdə vəzifələrdən biridir. Şəhid adını daşı­yan orta ümumtəhsil təhsil ocaqlarında bu özünü daha qabarıq şəkildə büruzə verir. Vəzifə borcunun qarşıya qoy­duğu əsas tələb Vətənimizin bu günü və gələcəyi üçün layiqli və bilikli, vətənpərvər vətəndaşlar yetişdir­məkdir! Bu sahədə öz işi ilə digər orta məktəblərə nü­munə olacaq tədris ocaqları çoxdur. Bu məktəblərdə öz sahəsi üzrə hər kəs işini günün tələbləri çərçivəsində qur­mağa çalışır. Onlar bütün işlərdə nümunədirlər və təhsil­də əldə etdikləri uğurlar da, sözsüz ki, həmişə sevindi­ricidir. Belə orta məktəblərdən biri də Şəmkir rayonu, Zaur Abbasov adına Dəllər qəsəbə tam orta məktəbidir. Məktəbdə təlim-tərbiyənin planlı şəkildə aparılması pe­daqoji kollektivin gündəlik işində öz əksini tapmış, bu, şagirdlərin sağlam ruhlu və sağlam düşüncəli, savadlı, qabiliyyətli, vətənpərvər insanlar kimi formalaşmasında böyük rol oynamışdır. Məktəblə bağlı bütün işlər məktə­bin rəhbərliyi və pedaqoji kollektivin ümumi iş prinsipinə çevrilmişdir.

Məktəbin direktoru Eyvaz Vəliyev gərgin zəhmət və məsuliyyətlə öz işinə can yandıran qabaqcıl təhsil işçilərindəndir. Fəal ictimaiyyətçi, təcrübəli pedaqoq, gö­zəl təşkilatçılıq qabiliyyəti ilə digər məktəb direktorla­rından seçilən Eyvaz müəllim əsl rəhbər keyfiyyətlərini özündə cəmləyən bir insandır. Bu keyfiyyətlər nümunə obyekti olmaqla rəhbərlik etdiyi kollektivə bütün işlərdə uğur qazanmaq və seçilmək imkanı vermişdir.

Məktəb direktoru – o, kollektiv üçün kimdir? Öz gündəlik fəaliyyətinin mahiyyətini necə təsəvvür edir? Ümumiyyətlə, şəhid adına olan təhsil ocaqlarına rəh­bər­lik məktəb direktorlarına daha hansı məsuliyyətli və şə­rəf­li işi çiyinlərdə daşımağa sövq edir? – bu kimi suallarla Eyvaz müəllimə müraciət edirik.

R.Z. – Eyvaz müəllim, müasir dövrün məktəb direktorunu necə xarakterizə edərdiniz?

Eyvaz Vəliyev, Şəm­kir rayonu, Zaur Abbasov adı­na Dəllər qəsəbə tam orta məktəbin direktoru. – Bildiyimiz kimi, məktəb direktoru Azərbaycan mək­təbində aparılan təhsil islahatları ilə bağlı həyata ke­çirilən bütün işlərdə əsas fiqurdur. Belə bir şəraitdə mək­təb direktorunun gündəlik vəzifələrin icrasında həyata keçirdiyi, yeniliklər gətirdiyi, təlim-tərbiyə işində atdığı əməli addımlar, onun işə həsr etdiyi gərgin zəhməti olduqca məsuliyyətli bir fəaliyyət növünə çevirir. Əslində təhsil ocağında əldə edilən bütün uğurların açarı da elə bundadır.

Mək­təb direktoru müasir tədris pa­radiqmaları və prio­ritetləri, həm­çinin perspektivli tədris texnologiyalarını bilməlidir. İlk növbədə isə pedaqoji işin ma­hiyyətini və xüsusiyyətlə­ri­ni dərindən anlamalıdır. Beləliklə o, tədrisdə müasir ten­densiyaları dərindən bilən, gələcəyi görə bilən aparıcı şəxs­dir. Müasir direktor özü daimi in­kişafa can atmalı, bi­lik və bacarığının təkmilləş­di­rilməsi qayğısına qalmalı və bununla yanaşı, rəhbərlik etdiyi təhsil ocağında yara­dıcı atmosferin inkişafına istiqamət­lənmiş innovasiya me­xanizmini formalaşdırmağı bacar­malı, kollektiv üzv­lə­rində tədrisdə yeniliklərə və inno­vasiyalara maraq oyat­malıdır. Direktor eyni zamanda kvalifikasiyalı və tədris prosesini gözəl bilən təcrübəli pedaqoqdur. Əgər yaxşı direktor olmaq istəyirsənsə, ilk növbədə bu kriteriyalara uyğun olmalısan, çiyninə götür­düyün bu ağır işin mə­su­liyyətini dərindən anlamalısan. İnsanlarla münasibətdə xe­yirxah, gözəl şəxsi keyfiy­yət­lərə malik olmalısan. O, məktəbin bütün pedaqoji kol­lektivi ilə birlikdə dövlət və cəmiyyət qarşısında cavab­dehlik daşıyır. Ona görə də di­rektor, qarşıya qoyulan vəzifələrin həlli yolunda idarəet­mə ilə bağlı bütün qərar­ların qəbuluna tam ciddiliyi ilə yanaşmalıdır.

R.Z. – Belə bir deyim var: – “İstənilən məktə­bin fəaliyyətində nəticələr ora hansı direktorun rəh­bərlik etməsindən çox asılıdır”. Bu, həqiqətən də be­lədirmi?

E.V. – Müasir şəraitdə məktəb direktorları qar­şı­sında sadə olmayan vəzifələr durur. O, məktəbdə ən məq­sədyönlü tədris üsul və metodlarını önə çəkməli və tədris prosesini təşkil etməlidir. Təhsildə islahatlar gedir, de­mək, müasir təhsil sisteminin qarşımıza qoyduğu vəzifə­lər də artır. Bu vəzifələr müəllimlərdən də daim təkmilləşməyi, yeniliyi öyrənməyi və bunları öz işində tətbiq etməyi tələb edir. Direktor da Azərbaycan təhsili­nin modernləşməsi ideyalarına söykənərək, bu işlərin yüksək səviyyədə həyata keçirilməsinə can atmalıdır. Onun əsas vəzifələrindən biri də tədrisin xarakterindən irəli gələn məsələlərin həllini təmin etmək, bu gün üçün vacib sayılan və gələcək üçün daha da vacib xarakter alacaq tapşırıqları vermək, həmçinin onların düzgün həlli yollarını tapmaq, uşaqları məktəbə, təhsilə cəlb etmək, təhsilin, təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsinin qayğısına qalmaqdır. Bu, bir insanın timsalında çox çətin və məsuliyyətli bir işdir. Təlim-tərbiyənin effektivliyi məktəb direktorlarının idarəetmədə başlıca vəzifəsidir. Lakin, yalnız təcrübəli rəhbərlər öz əməli işi ilə kollek­tivin fəaliyyətini düzgün istiqamətə yönəldir və uğurlu nəticələr əldə edir.

Bizdə də belədir. Kollektivimiz öz işində daim dönüşə im­za atır. Bu illər ərzində müəllimlərin işinin keyfiyyə­tinin artırılması yolunda atdığımız addımlar bizim çalış­dı­ğımız təhsil ocağının uğurlarının artmasına, təlim-tər­biyənin, tədrisin keyfiyyətinin daha da yüksəlməsinə sə­bəb olmuşdur. Biz daim davamlı inkişafı önə çəkirik, şagirdlərin əsaslı və keyfiyyətli bilik almaları yolunda əzm­lə çalışırıq. Kollektivimiz məktəbin ictimai işlərində yaxından iştirak edirlər. İl boyu ərzində hazırlanan və həyata keçirilən işlərin, tədbirlərin təşkili məsələlərinin ağırlığı məhz müəllimlərin çiyinlərinə düşür. Onlar təlim-tərbiyənin qarşıya qoyduğu vəzifələrin uğurla həyata keçirilməsi yolunda səylə çalışırlar.

R.Z. – Orta ümumtəhsil məktəblərində vətən­pərvərlik və hərbi vətənpərvərlik tərbiyəsi günün va­cib tələbi kimi diqqətdədir. Sizin məktəb şəhid adını daşıyır. Demək, təlim-tərbiyə işi bu təhsil ocağında daha yüksək səviyyədə qurulmalıdır. Müşahidələr də bunu təsdiq edir. Sizcə, günün bu aktuallığı təhsil mü­əssisələrində necə qorunub saxlanılmalıdır?

E.V. – Bütün xalqlarda vətənpərvərlik hər bir in­sanda olmalı bir hiss kimi başa düşülür və qəbul edilir. Azərbaycan xalqı da öz vətənpərvərliyi ilə seçilir. Biz vətənpərvərlər kimi böyümüşük və uşaqlarımızı da vətən­pərvərlik ruhunda tərbiyə edirik. Bu biz pedaqoqların tək vəzifə borcu deyil, həm də vətəndaşlıq borcudur. Səmimi qəlbdən gördüyümüz işlərin mükafatı isə – uşaq qəlb­lə­rində oyanan yüksək vətənpərvərlik hissləridir. Milli də­yərlərin təbliği də bu hisslərin tərbiyə olunmasında əsas rola malikdir. Və bu dəyərlərin qorunması elə vətə­nin ke­şiyində durmaq kimi şərəfli bir işdir. Biz də milli təhsili­mizin keşiyində sayıq durmuş əsgərlərik.

Orta təhsil müəssisələrində təhsil alan şagirdlərdə sosial əhəmiyyətli dəyərlərin, vətənpərvərlik hisslərinin formalaşdırılması heç vaxt öz aktuallığını itirməyəcəkdir və günü-gündən yüksək vüsət alacaqdır. Rəhbərlik etdi­yim orta məktəbdə də bu istiqamətdə əsas vəzifələrin ic­rasına həsr olunan zəhmət və enerji şagirdlərin hərtərəfli, geniş dünyagörüşə malik vətəndaş kimi formalaşmasında böyük rol oynamışdır. Müasir gənclərin düzgün təlim-tərbiyəsi cəmiyyətimizin gələcək həyatında öz əksini ta­pacaqdır. Düzgün təlim-tərbiyə almış şagirdlər öz yüksək əxlaqi-mənəvi keyfiyyətləri, fəal vətəndaş mövqeyi, və­tən­pərvərlik şüuru ilə indi də cəmiyyətimizdə seçilir. On­lar gələcəkdə də vətənimizin inkişafında mütləq öz müs­bət sözünü deyəcəkdir. Bu, həm də ona görə əhəmiyyət­lidir ki, yüksək vətənpərvərlik hissinə malik gənclərimi­zin timsalında vətənimiz öz inkişaf perspektivlərini uğur­la həyata keçirə biləcək vətəndaşlara sahib olacaq.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.