Saatlı rayon sakinlərinin “Təkzib” əməliyyatı – Cəmi bir günlük pafos!

Bir gün öncə redaksiyamıza bir qrup Saatlı rayon sakinləri adından şikayət məktubu daxil olmuşdu. Ərizəni diqqətlə oxuduq və belə qərara gəldik ki, bunu yalnız mövcud qanunvericilikdən xəbəri olmayan, ağlını itirmiş insanlar yaza bilər. Sonralar onlar bizim düşündüklərimizi elə öz dəst-xətti ilə təkzib məktubunda yazıb bizə göndərdilər.

Onların sayıqlamalarını dərc etməmək qərarına gəldik.

Təkzib məktubunu isə olduğu kimi sizlərə təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Gənclər və İdman Naziri cənab Fərid Qayıbova
Surəti: Kütləvi İnformasiya Vasitələrinə

ƏRİZƏÇİLƏR: Saatlı rayon sakinləri
Əliyev Sabir Qulamhüseyn oğlu
Abbasov Anar Bayram oğlu
Astanov Elnur Elçin oğlu
Eldarov Şakir Pərviz oğlu
Kərimli Bəhlul Qismət oğlu
Hüseyinova Səbinə Akif qızı
Əliyeva Sevinc Şahin qızı
Rzayev İbiş Xanoğlan oğlu
E-poçt: hseyinovas@mail.ru
 ƏRİZƏ
Hörmətli cənab Prezident, cənab Nazir və Media nümayəndələri!
3 dekabr 2022-ci il tarixində Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin
Qiyasovla sizlərə etdiyimiz müraciətə görə öncədən üzr istəyirik. Çünkü
müraciətdə qeyd etdiyimiz bir-çox məsələlər öz sübutunu tapmamışdır.
Deyilənlərin yalan olması və bizə səhv məlumat verilməsi bugün bizə aydın
olmuşdur. Belə ki, Prokurorluğa Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi
Elçin Qiyasovla bağlı etdiyimiz eyni məzmunlu müraciətə bu gün cavab gəlmiş və
gəlmiş cavabda qeyd olunmuşdur ki, Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi
Elçin Qiyasovun barəsində araşdırılmasını xahiş etdiyiniz məlumatlar araşdırılmış
və qeyd olunan faktlar öz əksini tapmamışdır.
Bildirmək istəyirik ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan
Respublikasının Qanununun 8.1.6-cı maddəsinə əsasən müraciət etmiş şəxs bu
Qanunun 14.0.2-ci (müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə
müraciət etmək vətəndaşın hüququdur) maddəsinə uyğun olaraq ərizə ilə
müraciət etdikdə, müraciət baxılmamış saxlanılır. Həmin qanunun 8.3-cü
maddəsində göstərilmişdir ki, müraciətin baxılmamış saxlanmasına əsas verən
hallar aradan qaldırıldıqda müraciətə baxan subyekt ona baxılmanı təmin
etməlidir.
Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu
M a d d ə 41. Məsuliyyətin əsasları
Bu Qanunun 3-cü, 4-cü, 34-cü və 36-cı maddələrinin tələblərinin pozulması
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətlə
nəticələnir.
Kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin pozulmasına görə
dövlət orqanlarının və ictimai orqanların bunda. təqsiri olan vəzifəli şəxsləri,
habelə kütləvi informasiya vasitəsinin redaksiyası, baş redaktoru (redaktoru),
yayılmış məlumat və materialların müəllifləri məsuliyyət daşıyırlar.
Kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin pozulması halları
Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə də məsuliyyət üçün
əsas ola bilər.
Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından və İdman və
Gənclər Nazirliyindən xahiş edirik ki, Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi
Elçin Qiyasovla bağlı etdiyimiz 3 dekabr 2022-ci il tarixli şikayət ərizəsini
baxılmamış saxlayasınız.
Kütləvi İnformasiya Vasitələrindən xahiş edirik ki, Saatlı rayon Gənclər və İdman
İdarəsinin rəisi Elçin Qiyasovla bağlı etdiyimiz 3 dekabr 2022-ci il tarixli şikayət
ərizəsində qeyd olunan məlumatları yayımlamayasınız. Teref.az , Newscenter.az ,
Azadmedia.az və.s bir-neçə saytlar xəbəri paylaşmışdır və biz həmin saytların
təsisçilərindən və baş redaktorlarından xahiş edirik ki, həmin dərc olunmuş
xəbərləri saytdan silsinlər. Aldığımız məlumatların doğruluğunu yoxlamadan sizə
göndərdiyimiz üçün sizlərdən üzr istəyirik. Əgər xəbəri yayımlayan saytlar
xahişimizi və üzrümüzü nəzərə  almayaraq xəbəri silməzlərsə aidiyyatı üzrə şikayət
edəcəyimizi nəzərinizə çatdırırıq. Vaxtınızı aldığımız üçün üzr istəyirik. Öncədən
təşəkkür edirik, yaxşı ki varsız hörmətli media nümayəndələri, sizinlə fəxr edirik.
İmzalar: Əliyev Sabir Qulamhüseyn oğlu
Abbasov Anar Bayram oğlu
Astanov Elnur Elçin oğlu
Eldarov Şakir Pərviz oğlu
Kərimli Bəhlul Qismət oğlu
Hüseyinova Səbinə Akif qızı
Əliyeva Sevinc Şahin qızı
Rzayev İbiş Xanoğlan oğlu

Tarix: 5 dekabr 2022-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.