Böyük Vətən müharibəsindən 74 il ötüb. Amma tarixin bu səhifəsi ilə bağlı yenə də filmlər çəkilir, kitablar yazılır. Məlum və naməlum qəhrəmanlar anılır. İndinin özündə də bu, insanlar üçün ən maraqlı mövzulardan biridir.
Bu günki söhbətimiz tarixin təhrif olunmuş və ya gizlədilmiş hadisələrindən, yazıçı məsuliyyətsizliyi, erməni riyakarlığı və hiyləsindən gedəcək.
“Brest qalası” kitabı ətrafında söz-söhbətlər bitmir. Bu kitabda çox hadisələr təhrif olunub, qəhrəmanların adları oxuculardan gizlədilib. Onların içində azərbaycanlı qəhrəmanlar çoxluq təşkil edir. Bəs bu riyakarlığın erməni səbəbkarı Samvel Matevosyan kimdir? Onun haqqında bəzi məlumatları sizinlə bölüşürük.
Samvel Minasoviç Matevosyan (erməni, 1912-2003) – Sovet erməni geoloqu. Leytenant, Brest qalasının müdafiəsi iştirakçısı, Sosialist Əməyi Qəhrəmanı (1971).
Samvel Matevosyan 1912-ci il avqustun 11-də [24 avqust] Rusiya imperiyasının Qars bölgəsindəki Qarabağ kəndində anadan olmuşdur. 1918-ci ildə Matevosyanın ailəsi Vladikavkaza köçüb. 1935-ci ildə Matevosyan Moskvadakı Əlvan Metallar İnstitutunu fərqlənmə diplomu ilə bitirib, dağ-mədən mühəndisliyi ixtisasını almışdır.
23 fevral 1939-cu ildə Ermənistan SSR Kafan rayon hərbi komissarlığı tərəfindən ordu sıralarına çağırılıb və Brestdə yerləşən 6-cı Piyada Diviziyasının 84-cü Piyada Alayına göndərilib. Kiçik zabit Samvel Matevosyan II Dünya Müharibəsinin əvvəlində Brest qalasındakı siyasi rəhbərin müavini və bölmə komandiri idi.
22 iyun 1941-ci ildə alman qoşunları Sovet İttifaqına hücum edərkən ilk zərbəni Brest qalası da öz üzərinə götürdü. Onun başçılığı ilə (Guya ki… Amma, əslində bu hücum Gədəbəyin Novosaratovka kəndindən olan starşina Boris Mixaylovski tərəfindən təşkil edilmişdi ) təşkil edilən ilk əks-hücum nəticəsində əsgərlər qalanın mərkəzinə keçən alman pulemyotçular dəstəsini məhv etdi. Müharibənin üçüncü günündə Matevosyan bud nahiyəsindən bir mərmi parçası ilə yaralandı və o, qalan yaralılarla birlikdə zirzəmiyə köçürüldü və 5 iyul (Yefim Fominin başçılıq etdiyi müdafiə ocağı 30 iyun tarixində məhv edilmiş və bütün sağ qalan müdafiə iştirakçıları əsir götürülmüşdü) 1941-ci ildə tutuldu .
Matevosyan, Brestin cənubdakı hərbi şəhərciyindəki əsir düşərgəsinə salınıb. Payızda yaraları sağalanda düşərgədən qaçıb və partizan dəstəsinə qoşulub. Döyüşlərdən birində ağır yaralanıb və sağalana qədər partizanlar tərəfindən bir kəndli ailəsində saxlanılıb. Bir müddət sonra, o yerli polislər tərəfindən aşkar edildikdə, Ukraynanın Volın bölgəsindəki Lutsk şəhərinə qaçmaq və ayaqqabı artelində iş almaq məcburiyyətində qaldı. Yerli kommunistlər ilə əlaqə qurmağı bacardı (Sonralar bu tarixdə baş verənlər şübhə altına alınacaq və S. Matevosyan partiya sıralarından xaric ediləcək, orden və medalları da əlindən alınacaqdır).
1944-cü ilin fevralında Lutsk azad ediləndən sonra Matevosyan yenidən ordu sıralarına çağırılıb və zabit kurslarına göndərilib, sonra leytenant olaraq rota komandiri təyin edilib. Berlinin alınmasında iştirak edib. Döyüşlərdə iştirak etdiyi müddətdə daha üç dəfə yaralanıb. Müharibə qurtardıqdan sonra Matevosyan bir müddət əsirlikdə və işğal altındakı ərazidə qaldığına görə iş tapa bilmədi. Əlil olmasına baxmayaraq, geoloji kəşfiyyat ekspedisiyasına qəbul olmağa müvəffəq oldu və müharibədən əvvəlki peşəsinə qayıtdı. 1954-cü ildə ona Zod qızıl mədənlərinin bağlanması və qorunması tapşırığı verildi, lakin Matevosyanın səyləri sayəsində onlar perspektivli sayıldı və o həmin mədənin trest rəhbəri təyin edildi .
1954-cü ildə yazıçı Sergey Smirnov Brest qalasının müdafiəsi tarixini araşdırmağa başlayanda, qala müdafiəçilərindən tapdığı ilk şəxslərdən biri Samvel Matevosyan oldu. (Bununla da S,Smirnovun kitabda bəzi gop və yalanlarla dolu erməni sevgisinin başlanğıcına start verildi) Elə həmin ilin avqustunda qala müdafiəsi iştirakçılarının ilk iclası keçirildi. 1955-ci ildə Smirnovun xahişi ilə Matevosyan partiya stajı saxlanılmaqla Kommunist Partiyası sıralarına bərpa edildi. Matevosyana Sovet İttifaqı Qəhrəmanı adının verilməsi üçün təqdimat yazıldı, lakin əsirlikdə və işğal olunmuş ərazidə olduğu üçün bu təqdimat rədd edildi .
70-ci illərin əvvəllərində Samvel Matevosyan Ermənistan SSR Nazirlər Sovetinin Əlvan metallurgiya istehsalı geoloji kəşfiyyat şöbəsinin müdiri idi. 1971-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə “Əlvan metallurgiyanın inkişafındakı böyük nailiyyətlərə görə” Samvel Matevosyan Lenin ordeni və “Oraq və Çəkic” qızıl medalı ilə təltif olunaraq, Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü.
Lakin ortaya bəzi nüanslar çıxır, bu erməni haqqında bir-birini təkzib edən şaiyələr bitib-tükənmək bilmirdi. Bu, o dövrlərdəki nəşrlərdə də öz əksini tapırdı. 1971-ci ildə Böyük Sovet Ensiklopediyasının yeni nəşrinin ikinci cildi çap edildikdə, Brest qalasındakı məqalədə deyilirdi:
Sovet xalqı Brest qalasının cəsur müdafiəçilərinin xatirəsini ehtiramla yad edir: Kapitan V.V. Şablovski, baş siyasi rəhbər N.V. Nesterçuk, leytenantlar – I.F. Akimoçkin, A.M. Kijevatov, A.F. Naqanov, kiçik siyasi rəhbər A.P. Kalandadze, müavini siyasi rəhbər S.M. Matevosyan …
Beləliklə, ensiklopediyada Matevosyan ölü adlandırıldı ki, bu da onun əsl Matevosyanın sənədlərini mənimsədiyi barədə şayiələrin ortaya çıxmasına imkan verdi. Anonim bir məktub Sov.İKP Mərkəzi Komitəsinə gəldikdə, Partiya Nəzarət Komissiyası, işi dinləmək üçün Ermənistana gedən komissiya üzvləri, Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Demirçyan və komissiyanın sədri Arvid Pelşe tərəfindən şəxsən nəzarət edilən bir şəxsi iş açıldı. Bütün hallar müəyyənləşdikdən sonra məhkəmə bağlandı. Lakin araşdırma zamanı şəxsi bağ evinin tikintisi zamanı Matevosyanın tikinti materiallarını (çox ucuz qiymətə sənədləşdirildiyi üçün)topdansatış qiymətlərlə guya ki, 641 rubl 19 qəpiyə aldığı məlum oldu. Buna görə Matevosyan vəzifəsindən azad edildi və 6 ay sınaq müddəti ilə azadlıqdan məhrum edildi. Matevosyanın bağ evi müsadirə edildi. 1974-cü ildə Matevosyan Sov.İKP sıralarından xaric edildi və növbəti il Sosialist Əməyi Qəhrəmanı adından məhrum edildi. Gör nə həyasız və əclaf imiş ki, hətta dostları və tanışları da ondan üz döndərdilər.
Bu hadisələrdən sonra yazıçı Sergey Smirnovdan bir neçə fəslin, o cümlədən Matevosyana aid fəslin çıxarılmasını istədikdə, o, bunu etməkdən imtina etdi, nəticədə “Brest qalası” kitabının bütün tirajı (təxminən 130 min nüsxə) məhv edildi (Gör onun erməni sevgisi necə güclü imiş).
1987-ci ildə Matevosyana qarşı qaldırılmış cinayət işi, cinayət tərkibinin olmaması səbəbindən rədd edildi. 1990-cı ildə Kommunist Partiyasına bərpa edildi. SSRİ dağılandan sonra Matevosyan Rusiyaya daimi köçdü. 1996-cı ildə Rusiya Prezidentinin fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adı Matevosyan geri qaytarıldı.
15 yanvar 2003-cü ildə gəbərən Matevosyan Moskvada erməni qəbiristanlığında torpağa quylanıb.
“Brest qalası” kitabında bir çox hadisələr onun dilindən yazılıb, bir çox qəhrəmanlıq isə yalnız onun adı ilə bağlanılıb.”Brest qalası” filmində də bəzi hadisələr məhz bu erməninin “xatirə”ləri əsasında yazılmışların əsasında lentə alınıb. Bununla da neçə-neçə məlum və naməlum qəhrəmanları kölgədə qoyub. Hərçənd, bu kitabı hələ uşaq yaşlarımdan əzbər bilən, bütün qəhrəmanları adı və rütbəsi ilə tanıyan insan kimi bildirirəm ki, şəxsən bu kitabda onun adı ilə təsvir edilən qəhrəmanlıqla onun heç bir əlaqəsi olmayıb. Sadəcə, o da bu hadisələrin içində olub.Müdafiənin 2-ci günü yaralanan bu erməni kazarmaların birinin zirzəmisində yaralıların arasında olub, bəlkə də orada gizlənib. Bir neçə gündən sonra, 30 iyunda müdafiə ocağı söndürüldükdən sonra o da digər yaralılar kimi əsir götürülüb. Amma, nədənsə, onun həyat tarixçəsində əsir düşdüyü gün 5 iyul kimi göstərilir. Baxmayaraq ki, Y. Fominin dəstəsinin böyük hissəsini azərbaycanlılar təşkil edirdi, bəs bu adam hansı qəhrəmanlığı edib və niyə bu döyüşlərdə bir azərbaycanlının və onların göstərdikləri qəhrəmanlıqların adı çəkilmir. Aydındır ki, o hadisələrin gedişini öz adına çıxıb. Şahidləri, üstəlik azərbaycan əsilli əsgərləri bu kitab üçün yaraşdırmayıb və gələcək üçün özünü sığortalayıb. Bununla belə, 1974-cü ildə fırıldaqlarının üstü açıldı və layiqli cəzasını aldı.
Amma bu,rəşadətli, qəhrəman azərbaycanlı əsgərlərin adına da heç bir yenilik də gətirmədi. Sovetlər dönəmində onlardan yalnız biri- Xəlil Haqverdiyev tanınırdı. İndi bir çox azərbaycanlı tədqiqatçılar Brest qalası divarları önündə həyatını qurban vermiş bizim oğulların adlarını tarix üçün açıqlamaqdadırlar.S. Smirnov öz kitabında qalada vuruşan çoxlu sayda azərbaycanlının olduğunu, lakin adlarını bilmədiyini və bundan təəssüfləndiyini yazır. “Hünər” kitabının müəllifi, qala müdafiəçilərinin uzun illər ərzində axtarışına çıxan hörmətli yazıçı-jurnalist Məmməd Kazım isə “əlindən gələni etsə də” bu işi gələcək yazarların üzərinə buraxdığını bildirmişdi. Məhz onun sayəsində azərbaycanlı oxucular qala qəhrəmanı olan həmyerlilərimizin adları ilə tanış ola bilmişdilər.İndi onlarla yazıçı onun bu işini davam etdirməkdədirlər.
S.S.Smirnovun erməni sevgisi bu qəhrəmanların adlarının tanınmamasına səbəb oldu. Yazdığı kitabda qələmə alınan hadisələrin bir çoxu azərbaycanlıların adı ilə bağlı olsa da o, bunu oxuculardan gizlədib.
Belə faktlar onlarcadır. Onlardan ikisiini diqqətinizə çatdıraq- Xəlil Məmmədov Gədəbəy rayonunun Çay Rəsullu kəndindəndir. Y.Fominin Xolm darvazası yaxınlığında təşkil etdiyi dəstədə vuruşub. 30 iyunda əsir götürülərkən Y. Fomini satmış əsgəri öz əlləri ilə boğub öldürüb. Bu hadisənin kitabda da, filmdə də öz əksini tapmasına baxmayaraq, bu əsgərin kimliyi qəsdən gizlədilib.
Digər azərbaycanlı əsgər Gədəbəyin Çay Rəsullu kəndindən olan Musa Əliyev Brest qalasında mühasirədən çıxdıqdan sonra Çernyak adına partisan dəstəsinin yaradıcısı, rota komandiri olub. Rəsmi mənbələrə görə onun başçılıq etdiyi rota düşmənin 2000-dən çox canlı qüvvəsini, çoxlu sayda hərbi sursat və texnikasını məhv edib. Kitabda Çernyak və adına olan partizan dəstəsindən geniş söhbət açılsa da, nədənsə M. Çernyak ilə kəndbəkənd gəzərək bu dəstəni yaradan Musa Əliyevin adı kitabda heç bir yerdə çəkilmir. Bunun əvəzində yazıçı “qəhrəman erməni” obrazının yaradılmasına diqqət çəkir…
Digər azərbaycanlı qəhrəmanlar haqqında “Azərbaycanlılar Brest qalasının müdafiəsində-II yazı” başlıqlı növbəti yazımızda ətraflı məlumat verəcəyik.
Ruhulla Zahidov, yazıçı-jurnalist.
Həmin rəhmətlik Məmmədov Xəlil, Brestin müdafiəsinin iştirakçısı, Bəydəmirli kəndindən olub. Həyat yoldaşı Məmmədova Qızxanım, haradasa, 80-ci illərdə rəhmətə gedib. Brestin müdafiəsi ilə bağlı bir neçə döş nişanı almışdı. Təqaüd hüququ 1961-ci ildə bərpa olunmuşdu.Təqaüdü qəhramanların təqaüdünə uyğun idi. Hər bir bəytəmirli bilirdi ki, 9 may ərəfəsində Qızxanım nənəyə ayrıca hədiyyə verilirdi. Bu gün çox saylı nəvələri, nəticələri var. Bizim hamımızın yaxşı tanıdığımız İlham məmmədovun, Nazim Bəydəmirlinin babalarının doğma qardaşıdır.