Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Məzun Günü” keçirilib

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində 2024–2025-ci tədris ilinin “Məzun Günü” münasibətilə təntənəli tədbir təşkil olunub.

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin müdir müavini Kənan Mirzəyev, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənubər Qocayeva, mərkəzin direktoru Şahin Məhərrəmov, pedaqoji heyət, məzunlar və onların valideynləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən natiqlər məzunları, onların valideynlərini və müəllimləri bu əlamətdar gün münasibətilə təbrik ediblər, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra 2024–2025-ci tədris ilində təhsildə və ictimai fəallıqda fərqlənən tələbələrə “Təşəkkürnamə”lər təqdim olunub.

Tədbirin bədii hissəsində tələbələrin ifasında şeirlər, musiqi nömrələri və rəqslər təqdim edilib.

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində "Məzun Günü" keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.