Şəhidlər ölməz, Vətən bölünməz!- Müdrət Ağamməd oğlu Ağayev.

Bu gün 19.01.2019-ci ildə Yardımlı rayonunun qəhrəman övladı, Separadi kəndindən şəhidimiz Müdrət Ağaməmməd oğlu Ağayevin anım günüdür!

Ağayev Müdrət Ağaməmməd oğlu 08 noyabr 1978-ci ildə Yardımlı rayonu, Separadi kəndində zehmetkes bir kəndli ailəsində dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Tez bir zamanda əsgər yoldaşlarının və komandirlərinin hörmətini qazanır. Komandirlərin tapşırıqlarını layiqincə yerinə yetirir. Bu haqda onun komandirlərinin imzası ilə evlərinə göndərilmiş təşəkkürlə dolu məktublar da məlumat verir. Müdrət Ağayev 1999 -cu il yanvarın 19 dan 20 -ə keçən gecə Fizuli bölgəsində cəbhədə düşmən təxribatinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. 20 Yanvar 1999-cu ildə doğulduğu kənddə uğrunda canindan keçdiyi Sepradi kənd məzarlığında torpağa tapşırılır.
Məzarı nurla dolu olsun!..

Şəhidlər ölməz, Vətən bölünməz!

Mahir Sərraf, Yardımlı rayonu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.