Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı Yazıçı, dramaturq Seyfəddin Dağlının anadan olmasının100 illiyi münasibətilə “Şəxsiyyət kimi təkrarsız, yazıçı kimi unudulmaz” adlı xülasə keçirdi.
Tədbiri 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva açaraq görkəmli yazıçı-satirik, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının həyatı və yaradıcılığı haqqında danışdı. Sonra “Mənziliniz mübarək”, Seyfəddin Dağlı-seçilmiş əsərləri”, “Aldada bilməzsən”, “Şirin duz” adlı kitablarının xülasəsini etdi.
Şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aləmzər Əlizadə Seyfəddin Dağlının geniş oxucu kütləsinin rəğbətini qazanmış əsərlərindən danışdı. Azərbaycan dili və ədəbiyyat müəllimi Validə Hüseynova “Ömrünü ədəbiyyata, oxuculara həsr etmiş insanın əsl mükafatının onun yaradıcılığına olan ümumxalq məhəbbəti, kitabları, ölkənin teatrlarında tamaşaya qoyulan pyesləri, “Kirpi” jurnalının bir-birindən maraqlı onlarla nömrəsi olduğunu bildirdi.
Tədbirin sonunda Gəncə şəhər 26 saylı Lisey məktəbini III sinif şagirdi Nuray Məmmədova xalq şairi Cabir Novruzun Seyfəddin Dağlıya yazmış olduğu şeri söylədi və yazıçının həyatını əks etdirən videoçarx nümayiş olundu.