Məmmədov Fəxrəddin 08 Sentyabr 1950-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalı Mehri rayonu Aldərə kəndində Həsən müəllimin ailəsində dünyaya göz açıb. Kəndin qoçalarının , ağsaqqallarının təbirincə desək – Həsən müəllim hesab dərsi verərdi. Təməli 1890-cı illərdən qoyulmuş Əldərə rus-tatar məktəbi doğma Azərbaycanımız üçün çox sayda dövlət xadimləri , elm adamları , həkim, müəllim, hərbiçi və.s. bu kimi ziyayılar yetirmişdir. Həmin məktəbin məzunları müəllimlərini xatırlayanda ilk öncə adı çəkilən əməkdar müəllim Həsən müəllim olurdu.
Tanrı xoşbəxtliyi Fəxrəddin müəllimə belə bir ailədə dünyaya gəlib ,tərbiyə almağı qismət etmişdir. Bunun məsuliyyətli tərəfini heç vaxt unutmayan Fəxrəddin müəllimin həyat yoluna qısa ekskursiya edək.
1967 -ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinə qəbul olub, 1973-cü ildə həmin elm oçağını bitirərək riyaziyyatçı , riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir. Elə həmin ildən Azərbaycan EA-nın Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. Daha sonra 1977-ci ildə Zaqafqaziya DMSS-də hesablama mərkəzində riyaziyyatçı mühəndis ,1980-ci ildən AKTA-nın ( ADAU) hesablama mərkəzində riyaziyyatçı-proqramlaşdırıcı işləyib. 1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi almışdır. 2002-ci ilədək bu ali məktəbdə əvvəlcə assisent , 2001-ci ildən dosent vəzifələrində çalışmışdır.
2002-ci ildən bu günə kimi əmək fəaliyyətini Gəncə Dövlət Universitetinə bağlayıb. İnformatika kafedrasında dosent , 2007-ci ildə şəxsi nüfuzu , işinə məsuliyyəti və kollektivdə qazandığı hörmət nəzərə alınaraq əvvəlcə Riyaziyyat –İnformatika fakultəsində tədris işlər üzrə dekan müavini , 2011-ci ildən dekan vəzifələrində işləyib.
Universitetnin elmi və içtimai həyatında fəal iştirakı , kollektivdə müəllim və tələbələr arasında yüksək reytinqi nəzərə alınaraq 8 Aprel 2014-cü ildə Gəncə Dövlət Universitetinə Tədrisin təşkili və təlim texnoligiyaları üzrə prorektor vəzifənəsinə təyin ounmuşdur.
Fəxrəddin müəllim daim elmi axtarışlarda olmaqla yanaşı ,bir neçə dərs vəsaitinin , o cümlədən 40 metodik göstəriş və elmi məqalələrin müəllifidir.
Onun səmərəli elmi və pedoqoji fəaliiyəti kollektiv rəhbərliyi və yuxarı Dövlət orqanları tərəfindən həmişə qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarının sərancamı ilə ona “Əməkdar müəllim “ fəxri adı verilmişdir.
Fəxrəddin müəllimin bu gün 70 yaşı tamam olur. Yubliyara möhkəm can sağlığı, gələcək işlərində müvəffəqiyyətlər ,yeni uğurlar arzulayırıq!
Şaiq Ələsgər