Millət Vəkili! Gözəl səslənir. Bəs o, kimdir? Nə üçün seçilməlidir? Amalı nə olmalıdır? Biz onları dərindən tanıyırıqmı? Tanımalıyıqmı?
Doğrudan, millət vəkili adını daşıyan insan əslində nəyə və kimə xidmət etməlidir?
Müsahibimiz 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Parlament seçkilərinə namizəd Rəhimzadə Sənan İman oğludur.
-Salam, Sənan müəllim. Hər bir deputatlığa namizəd seçki qabağı kompaniyanı özünəməxsus tərzdə başlayır və sona çatdırır. Bəs Sənan Rəhimzadə insanlarda böyük inam yaradan bu seçkilərə necə qatılıb?
-Bildiyiniz kimi 2019 – cu il Azərbaycanda islahat ili kimi mühüm bir il oldu. Bunun əyani nümunəsi kimi Ali qanunverici orqan olan Milli Məclisin növbədənkənar buraxılması oldi. Bu önəmli hadisə ölkə başçısı Cənab Ilham Əliyevin gənclərə xüsusi qaygısının təzahürüdür. Bu seçkidə artıq gənclərə üstünlük verilir, xalqın həqiqi etimadını qazanan gənclərin seçilməsinə şərait yaradılır.
Bizə yaradılan bu imkana görə ölkə bascisi Cənab İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya öz minnətdarlığımı bildirirəm.Bu diqqətin, qaygının nəticəsi olaraq mən də bir gənc kimi öz böyüdüyüm ərazidən namizədliyimi irəli sürdüm. Inanıram ki,104 sayli Gədəbəy -Tovuz seçiciləri mənim bir gənc kimi namizədliyimi dəstəkləyəcəkdir. Mən də onların mənə olan etimadını doğrultmağa söz verirem.
–Sizcə, millət vəkili olmaq nə deməkdir?
-Millət vəkili olmaq hec də göründüyü kimi asan bir məsələ deyil. Bu, bütün ərazi üzrə yasayan əhalinin maraqlarını öz çiyinlərində daşımaq deməkdir. Millət vəkili xalqın seçdiyi bir səlahiyyətli nümayəndə olaraq, onların haqq səsini, ehtiyaclarını, problemlərini ali qanunverici orqan qarşısında qaldiran bir səxsdir.
– Gədəbəyin keçmiş və namizədliyini yenidən irəli sürmüş deputatları arasında, sözün əsl mənasında, millətin elçisi, vəkili olmaq şansını Sənan Rəhimzadə necə görür?
-Tebii ki xalq öz seçiminde azaddir. Gədəbəyin keçmiş deputatlarindan seçicilər heç də öz razılıqlarını ifadə etmirlər. Hətta mən görüşlərdə bunu çox hiss edirem. Yeni namizədlərdən ise cəmi iki gənc namizəd var. Ölkə başçısı isə həmişə çixişlarında vurgulayır ki, artiq gənclərə yer vermək lazimdır. Amma təəssüflə demək istəyirəm ki, bəzi namizədlər var ki, yeni islahatların tələblərinə hec də cavab vermir.
– Əgər seçilsəniz, Gədəbəy rayonunun ictimai-siyasi həyatına hansı yenilikləri gətirməyi planlaşdırırsınız?
-Təbii ki, əgər seçicilər bir genc namizəd kimi mənə etimad göstərərlərsə, mən dairəm üzrə həm Gədəbəyin , həm Tovuz rayonunun ictimai – siyasi həyatına öz yeniliklərimi gətirməyi hədəf seçmişəm. Əsas məsələlərdən biri də əhalinin evlərinin və digər əmlaklarının sənədləşdirilməsinin sürətləndirilməsi məsələsi olacaq. Digər mühüm məsələ isə budur: bəzi kəndlər var ki, digər qonşu kəndlərin ərazi nümayəndəliklərinə tabedir. Bunların ayrilıqqda nümayəndəlik olması üçün məsələ qaldırmağı və əhalinin rahatligının təmin edilməsində köməklik göstərməyi planlasdirıram.
– Millətin vəkili adını daşımaq üçün özünüzdə hansı cəhətləri, keyfiyyətləri görürsünüz?
-Qeyd etdiyim kimi, cənab prezidentimizin ölkəmizdə apardığı islahatlara uygun olaraq, mən bir gənc olaraq namizədliyimi öz yaşadigim ərazidən verdim. Çünki, islahatlara özümü uygun bildim. Mən həm iqtisadçı, həm də mühəndislik üzrə təhsil almışam.Təhsildə xüsusi olaraq fərqlənmişəm. Daima aktivlik göstərmişəm. Kənddə böyüyən bir gənc kimi, bizim ərazidə hansı sahələrdə ciddi ehtiyacların olduğunu bilirəm. Aldığım bilikləri öz regionumuzun iqtisadi həyatında tətbiq etməyi, bu regionun iqtisadiyyatının ümumilikdə ölkəmizin iqtisadiyyatının inkisafina tətbiq etməyi özümə borc bilirəm. Inanıram ki, seçicilər məni dəstəkləyib Milli Məclisə üzv seçsələr, mən regionumuzda muhum deyişikliklərə imza atacagam.
– Əhali arsında belə bir fikir formalaşıb ki, bundan əvvəl seçilmiş millət vəkilləri artıq xalq arasında öz nüfuzunu itirmişlər. Xalq onları öz vəkili kimi görmək həvəsində olduğunu artıq dilinə gətirməkdən belə çəkinmir. Bu səbəbdən, elə Gədəbəylilər arasında da belə bir fikir formalaşıb:-Ümumiyyətlə, bizə millət vəkili lazımdırmı? Yeni, həmçinin təkrar seçiləcək deputatlar millət vəkilinin nüfuzunu artırmaq, sevdirmək üçün hansı addımları atmalıdırlar, hansı işləri, arzuları, fikirləri həyata keçirməlidirlər?
-İndiki seçkilər əvvəlkindən cox fərqlidir. İnamsızlığın səbəbləri müxtəlifdir. Ən böyük inamsızlığı yaradan məqamın biri namizədlik vaxtı verdikləri vədləri tutmamaqlarıdır. Amma artıq seçicilərdə bir ruh yüksəkliyi, maraq var. Təbii ki, bu da ölkə başçısına olan inamın təcəssümüdür. Hər kəs inanir ki, bu seçkilərdə xalqın sözünü deyəcək, prezidentimizin islahat siyasətinə uygun olan namizədlər seçiləcək . Onlar sakinlərlə davamlı görüşəcək, yerli əhalini maraqandıran məsələlərin həllinə nail olacaqlar.
Təbii ki, yeni seçilən namizədlərin əhali ilə ünsiyyəti, görüşləri davamlı olmalıdır. Onlardan əvvəlki, tamamlanmamış layihələrin həyata keçirilməsi üçün mütamadi işlər aparmalıdır. Əhalinin güzəranin yaxşılaşması yönündə ciddi səy göstərməlidir.
– Millət Vəkili üçün platformanızı açıqlaya bilərsinizmi? Onun məzmunu barədə bir neçə kəlmə, zəhmət olmasa…
-Bəli, mən platformamda qeyd etmişəm ki, əgər seçicilər bir gənc namizəd kimi məni Milli Məclisə üzv seçsələr,104 saylı Gədəbəy –Tovuz seçki dairəsini əhatə edən ərazinin problemlərinin həllinə nail olmağa qətiyyətlə çalışacaq, deputatlıq fəaliyyətim ərzində aşağıdakı əsas məsələləri diqqət mərkəzində saxlayağam.
✓ Seçicilərlə davamlı görüşlərdə iştirak etmək
✓ Seçiciləri maraqlandıran məsələlərin gündəmə gətirilməsi
✓ Regionun və ümumilikdə ölkənin inkişafına dəstək olmaq
✓ Regionun İqtisadiyyatının inkişafı
✓ İnsfrastruktur layihələrinin hazırlanması və qəbulu üzrə məsələ qaldırılması. ✓ Aqrar sahənin inkişafına nail olmaq.
✓ Təhsil sistemi və bu sahədə çalışan işçilərin sosial təminatının yaxşılaşdırıması.
✓ Səhiyyə sistemi və kəndlərdə tibb məntəqələrin zəruriliyi məsələsi.
✓ Turizmin, xüsusən kənd turizminin inkişafı
✓ Gənclərə Dəstək olmaq, onların sosial təminatinin yaxşılaşdırıması məsələsinin parlament qarşısında qaldırılması
✓ Sosial məsələlərin həllinə nail olmaq, təqüdlərin,sosial müavinətlərin artirilması, yeni iş yerlərinin yaradılması məsələsinin qaldırılması
✓ Digər infrastruktur sahələrinin inkişafına nail olmaq.
-Son olaraq öz seçicilərinizə nə deyərdiniz?
-Hörmətli seçicilər! Siz məni Milli Məclisə üzv seçsəniz bu bölgənin yetirməsi olaraq platformamda üzərimə götürdüyüm öhdəliklərin yerinə yetirilməsi ilə qane olmayaraq, deputat səlahiyyətlərinin mənə verdiyi imkanlardan istifadə edərək, mənim üçün doğma olan kəndlərin sakinlərini maraqlandıran və narahat edən digər məsələlərin həllinə də maksimum dərəcədə nail olacağam!