Şəmkirdə şəhid övladlarının bayram sevinci – Şəhid ailələri Prezidentə təşəkkür etdi

Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda öz canından keçmiş, adlarını vətənin şərəf tarixinə yazdıran şəhidlərimizin ailələrinə dövlət tərəfindən böyük diqqət göstərilir. Onların sosial müdafiəsi gücləndirilir, daim dövlət qayğısı ilə əhatə olunur. Qeyd edək ki, bu ümdə olan vəzifə bütün dövlət qurumlarının qarşısında prioritet təşkil edir.

Etmtv. news Qərbinfo.az-a  istinadən xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti ümdə olan bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün şəhid ailələrinə ölkə başçımızın qayğı və diqqətini ehtiva edən bir sıra layihələr həyata keçirir.

Həyata keçirilən layihələrin tərkib hissəsi olaraq, bugün Rayon İcra Hakimiyyəti “İkinci Qarabağ” müharibəsində şəhid olmuş qəhrəmanların ailələrini “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” bayramı münasibəti ilə xüsusi təbrik etmək üçün “Oksi Lady” geyim mağazasına dəvət edib.

Şəhid övladlarına geyim dəstləri və bayram hədiyyələri təqdim edilib. Uşaqlar şaxta baba və qar qızla, həmçinin bir neçə nağıl qəhrəmanları ilə birgə foto şəkillər çəkdirib, bayram abı-havası yaşayıblar.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun dövlət qurumlarının rəhbərləri və könüllü gənclər iştirak ediblər.

A.Məmmədov bütün şəhid ailələrini “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nü və “Yeni il” bayramı münasibəti ilə təbrik edərək, dəvəti qəbul edib gəldiklərinə görə hər birinə minnətdarlığını bildirib. O qeyd edib ki, Şəhid ailələri və müharibə veteranları daim dövlət başçımızın diqqətindədir. Məhz onun bu məsələyə həssaslığının nəticəsidir ki, bütün şəhid ailələri və müharibə qaziləri daima dövlət qayğısını və diqqətini hiss edirlər.

Şəhid ailələri öz növbəsində rayon İcra Hakimiyyətinə müraciət edərək, onlara göstərilən bu qayğı və diqqətə görə dövlətimizin başçısına minnətdarlıq hisslərinin çatdırılmasını xahiş ediblər.

Sonda ailələr, xüsusi müşaətlə evlərinə yola salınıblar.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin vəziyyəti daim nəzarətdə saxlanılır, onların mövcud problemlərinin həlli istiqamətində müvafiq tədbirlər hayata keçirilir.

Şəmkirdə şəhid övladlarının bayram sevinci - Şəhid ailələri Prezidentə təşəkkür etdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.