2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan Respublikasının Prezidenti əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Bu münasibətlə Şəki şəhər Mərkəzi Kitabxanasının bir qrup əməkdaşı Əhmədiyyə Cəbrayılovun Ev muzeyini ziyarət edib. Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov kitabxanaçılara muzeylə bağlı geniş məlumat verib. O, Əhmədiyyə Cəbrayılovun İkinci Dünya müharibəsindəki döyüş yolundan, qəhrəmanlıqlarından, Fransa partizanları ilə birlikdə Fransanın almanlardan azad olunmasındakı iştirakından danışıb. Ekskursiyadan sonra kitabxanaçılar Əhmədiyyə Cəbrayılovdan bəhs edən kitablarla tanış olaraq, qəhrəmanın tablosu önündə xatirə şəkilləri çəkdiriblər.