Şəki məktəbliləri “Kitabsevər uşaqlar” layihəsi üzrə müsabiqənin qalibi olmuşdur

Sosial şəbəkələrdə azyaşlı oxucuların informasiya tələbatının ödənilməsi və onların mütaliəsinə düzgün rəhbərlik etmək məqsədilə Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Uşaq ədəbiyyatının təbliğ olunması məqsədilə Mədəniyyət Nazirliyi və YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin təşəbbüsü ilə yaradılmış “Kitabsevər uşaqlar” səhifəsinin rəsmi “YouTube” kanalı və “Facebook” səhifəsi 2016-cı ildən fəaliyyət göstərməyə başlamışdır.

Hal-hazırda “Facebook” səhifəsində və “YouTube” kanalında “Kitabsevər uşaqlar” layihəsi vasitəsilə azyaşlı oxuculara müntəzəm xidmət göstərilir, layihə çərçivəsində mütəmadi olaraq müsabiqələr, milli nağıllarımızın təbliği məqsədilə intelektual yarışlar keçirilir.

Qeyd eədk ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş müsabiqə keçirilmişdir. Həmin müsabiqənin nəticələrinə görə Şəki şəhər 5, 10, 18 nömrəli orta məktəbin şagirdləri yüksək nəticə göstərərək qalib olmuşdur.

Yanvarın 10-da Şəki şəhər Mərkəzi Kitabxanasında keçirilmiş “Azərbaycan Vətənimdir” adlı tədbirdə müsabiqə qalibləri Şəki şəhər 5 nömrəli məktəbin VIII  sinif şagirdi İlkin Rzayev, 18 nömrəli məktəbin VII  sinif şagirdi Emil Qaffarlı, 10 nömrəli məktəbin IV sinif şagirdi Kənan Rzayev YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin III Dərəcəli Diplomları ilə təltif olunmuşdur.

Şəki şəhər MKS-inin direktoru Seyid Vahabov tədbir iştirakçılarını təbrik edərək, qaliblərə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.