Azərbaycan Respublikası Prezidentinin “2 fevral-Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Şəki Dövlət Rəsm Qalereyasında 28 yanvar tarixində “Gənclər bizim sabahımızdır” adlı sərginin açılışı oldu. Sərgidə gənc rəssam Elxan Kərimovun 30-dan çox rəsmi və taxtadan hazırladığı Xan sarayının maketi nümayiş edildi. Tablolarında kətan-yağlı boya texnikasına üstünlük verən rəssam hazırda Şəki “Sənətkarlar evi”ndə yerləşən emalatxanasında fəaliyyət göstərir. Müxtəlif mövzularda işləyən gənc rəssam əsərlərində daha çox peyzaj və natürmort janrına üstünlük verir. Elxan bir çox festival və müsabiqələrdə iştirak edərək diplom və fəxri fərmanlarla təltif olunmuşdur.
Sərgi Şəki Pedaqoji İnstitutunun, Regional Kollecin, Texniki Kollecin və Tibb Kollecinin tələbə kollektivləri tərəfindən maraqla qarşılandı.