“Şəhid Şəhər” adlı Respublika Uşaq Rəsm müsabiqəsi elan olunur

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutmamaq üçün “Şəhid Şəhər” adlı Respublika Uşaq Rəsm müsabiqəsi elan olunur. Bildiririk ki, müsabiqə iki turdan ibarətdir.

I turda uğur qazanmış əsərlər Xətai Sənət Mərkəzində keçiriləcək sərgidə nümayiş etdiriləcək. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri müxtəlif mükafatlarla təltif olunacaqlar.

Müsabiqə barədə Xətai Sənət Mərkəzinin rəsmi “Facebook” səhifəsində məlumatlar yerləşdiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər (17 yaşa qədər) ad, soyad, təvəllüd, əlaqə nömrəsi, təhsil aldığı məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə hazırladığı üm ədəd əsərinin fotosunu 8 fevral 2019-cu il tarixinədək Xətai Sənət Mərkəzinə “Whatsapp” mobil tətbiqi vasitəsilə (Əlaqə nömrəsi: 051 310 74 01) göndərməlidir.

Qeyd edək ki, münsiflər heyəti tərəfindən öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası və ustalığı ilə seçilən əsərlərə üstünlük veriləcəkdir. Əl işlərinə kənar müdaxilənin (müəllim, valideyn və s.) olmaması və  müsabiqə üçün yeni  yaradılmış  əsərlərin  təqdim  olunması tələb olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.