Azərbaycan Respublikasında gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə yiyələnməsi, sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi cənab Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini cənab Prezident İlham Əliyevin uğurla davam etdirir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi həm ölkə daxilində, həm ölkə xaricində uğurla addımlayır. Ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edir. Respublikamızda prioritet istiqamət olan dövlət gənclər siyasəti ölkədə könüllülük hərəkatının geniş və uğurlu vüsət almasına şərait yaratmışdır.
Ruslan Vəliyev qeyd edib ki, Azərbaycanda könüllülük hərəkatlarının yaranması dövlətimiz, cəmiyyətimiz üçün təcrübəli, bacarıqlı, müasir düşüncəli Azərbaycan gəncini qazandırdı. Bu isə birbaşa olaraq ölkəmizdə olan gənc kadr ehtiyatını inkişaf etdirdi. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahatların və inkişafın iştirakçısına çevrildilər, belə ki, könüllülərimiz “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynadılar. Prezident İlham Əliyevin 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında iştirak etməsi, ölkədə könüllülük fəaliyyətini yüksək qiymətləndirməsi, dövlət qurumlarına və özəl təşkilatlara gəncləri könüllü kimi işə cəlb etməyi və onlara təcrübə qazanmaqları üçün fürsət yaratmağı tapşırığını verdi. Azərbaycanda dövlətin ciddi dəstəyi və cəmiyyətin sosial sifarişi nəticəsində ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə Könüllülüləri, Aqrar İnkişaf Könüllüləri və digər könüllü hərəkatları yaranmış, onlar gəncliyin inam mərkəzinə çevirilmişlər. Bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə Könüllülük həftəsi keçirilmiş, ölkəmizdə olan könüllülük hərəkatının gücü və perspektivləri nümayiş etdirilmişdir. Cənab Prezidentimiz İlham Əliyevin 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi barədə sərəncamı gənclərdə müstəqil dövlətimiz üçün sosial məsuliyyət hissinin güclənməsinə, gəncliyin öz potensialına inamınının artmasına, həmçinin uğurla həyata keçirilən dövlət gənclər siyasətininin inkişafına müsbət təsir göstərəcəkdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.