Rusiyalı politoloq: “Paşinyan Rusiyanı “dişlədi”, Azərbaycana hürdü və ordusunu necə qiymətləndirəcəyini bilmirdi”

“Nikol Paşinyan Azərbaycana qarşı dəfələrlə təcavüzkar bəyanatlar verdi və beləcə onu təhrik etdi”.

Etmtv. news Teleqraf. com-a istinadən  xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Ekspert Ermənistanın Azərbaycanla savaşda məğlubiyyətinin səbəbləri haqda danışıb:

“Ermənistan niyə məğlubiyyət fəlakətinə düçar oldu? Nikol Paşinyan müharibə və məğlubiyyətinin günahkarıdır. Paşinyan nə etdi?

Birinci, Amerika tərəfdarıdır, Avropa tərəfdarı açıqlamaları ilə gündəmdə idi. Yəni mahiyyət etibarilə anti-rus idi. O, Ermənistanın KTMT və Avrasiya Birliyinə üzvlüyünü şübhə altına aldı.

İkinci, hökumət və parlamentinə hər zaman Rusiyanı “dişləməyə” çalışan çox sayda qərbyönümlü siyasətçi daxil etdi.

Üçüncü, rusiyapərəst generalları Ermənistan xüsusi xidmət orqanlarının rəhbərliyindən kənarlaşdırıb, onları Amerika agentləri ilə əvəz etdi. Beləliklə, xüsusi xidmət orqanlarını kəskin şəkildə zəiflətdi və Rusiya ilə əlaqələrini kəsdi.

Dördüncü, bir sıra rusiyapərəst generalları ordudan uzaqlaşdırdı və onları Amerika agentləri ilə əvəzlədi və Rusiya ilə əlaqələrini zəiflətdi.

Beşinci, lideri Rusiya olduğu KTMT baş katibi olan erməni generalın həbs edilməsi barədə sərəncam verdi. Beləliklə qəsdən Rusiya və Putini təhqir etdi.

Altıncı, keçmiş prezident və Putinin dostu Robert Köçəryanın tutulması barədə əmr verdi. Rusiyanın birbaşa istəklərinə baxmayaraq onu sərbəst buraxmadı. Beləliklə Putini bilərəkdən təhqir etdi.

Yeddinci, Ermənistandakı rusiyapərəst siyasətçiləri tutmağa və mühakimə etməyə çalışdı.

Səkkizinci, Putinin gözlərinə düz baxa-baxa yalan danışdı ki, bu adamları həbs etmək əmrini verən o deyil. Buna görə də Putinin nifrətini qazandı.

Doqquzuncu, Rusiya telekanalları Ermənistandakı pulsuz paketdən çıxarıldı və bununla da izləyicilərini kəskin şəkildə azaltdı.

Onuncu, Hitler rejiminin ortağı olan nasist cinayətkar Qaregin Njdeni Rusiyanın birbaşa qınamasına baxmayaraq şöhrətləndirdi.

On birinci, de-fakto Azərbaycanla aparılan danışıqları ləğv etdi və “DQR rəhbərliyi”nin bu prosesdə iştirak etməsi lazım olduğunu və “Qarabağın Ermənistan olduğunu” bildirdi.

On ikinci, Azərbaycana qarşı dəfələrlə təcavüzkar bəyanatlar verdi və beləcə onu təhrik etdi.

On üçüncü, NATO ilə əməkdaşlığa üstünlük verdi.

On dördüncü, anti-Rusiya şüarları.

Yəni bu adam Rusiyanı “dişlədi”, Azərbaycana hürdü və ordusunu necə qiymətləndirəcəyini bilmirdi. Buna görə müharibəyə girdi və ölkəni ağır məğlubiyyətə gətirib çıxardı. İndi də yaxın vaxtlara qədər onu ölkəni firavanlığa aparacaq müasir bir siyasətçi hesab edən xalqı tərəfindən nifrət olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.