İyunun 12-də ASALA terrorçusu Monte Melkonyanın məhv edilməsindən 28 il ötür. Terror üzərində qurulan Ermənistanda insanlar bu qaniçənin yasını tuturlar. Elə Rusiyanın ermənipərəst mediası da Azərbaycanın məhv etdiyi Monte Melkonyana matəm saxlayanlardandır.
Belə ki, “СОЛОВЬЕВLIVE” proqramında qəmli musiqi sədaları altında Marqarita Simonyan, Aram Qabrelyanov, Solovyovun “jurnalist banda”sından olan rusiyalı Sergey Karnauxov Melkonyanı qəhrəman adlandırıb və onlara bu “çətin” gündə necə kömək etməyin yollarını axtarıb:
“Ağlımıza belə bir ideya gəlib: İyunun 12-də İrəvan və Xankəndində “Monte marşı” keçiriləcək. Ümid edirəm ki, iyunun 12-də bu yürüş baş tutacaq. Bundan başqa, sayt yaradacam və iyunun 12-də hər bir erməni orada ölən yaxınları üçün bir şam yandıra biləcək”.
Karnauxov çıxışının davamını terrorçunun ölümünə daşnaklar qədər üzülən bir rus kimi davam etdirib.
Xatırladaq ki, Monte Melkonyan 1957-ci ildə Kaliforniyada doğulub. 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində döyüşüb.
Bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştrak edib. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil edib.
Həmin ilin noyabrında Fransa polisi onu qandallayıb. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törətmiş və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya edib. Lakin bir müddət sonra o saxta sənədlərlə yenə də Fransaya qayıdıb. Bu müddət ərzində o fələstinli azadlıq döyüşçüsü Əbu Nidal ilə sıx əlaqə saxlayıb.
1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil edib.
Nəticədə 8 nəfər ölüb, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 1985-ci ildə o Fransa polisi tərəfindən yenidən həbs olunmuş və teror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilib.
Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış və o 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə köçürülüb. Ancaq orada çox qalmayan Monte saxta sənədlərlə yenidən Avropaya gələrək bir muddət orada yaşayıb.
1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə gedib. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olub.
Monte Molkonyanın öldürülməsi ilə bağlı Azərbaycan ictimaiyyətində iki məşhur iddia var:
Təbliğ olunan əsas iddiaya görə M.Melkonyan İbad Hüseynov tərəfindən öldürülüb, daha sonra isə başı kəsilib. Lakin, M.Melkonyanın dəfni zamanı başının yerində olması ictimaiyyətdə müəyyən suallar yaradıb
Digər versiyada isə terrorçu, 12 iyun 1993-cü ildə Mərzilidə gedən döyüşdə Rizvan Məmmədvəliyevin komandiri olduğu 258 nömrəli PDM-in ekipajı tərəfindən açılan atəşlə öldürülüb.
I Qarabağ müharbəsində Kəlbəcərdən çıxmaq üçün insanlara 10 saat verən, həmçinin çoxsaylı günahsız dinc sakinin canına qıyan erməni terorçuya rus jurnalistlər Xankəndində anım yürüşü təşkil etmək istəyirlər. Unutmaq olmaz ki, Xankəndi rus sülhməramlılarının müvəqqəti nəzarət zonasına aid Azərbaycan şəhəridir.
Anar Rəhimov, Bizim.Media