Rusiyalı deputat Solovyovun cəzalandırılmasını tələb etdi

Rusiya Dövlət Dumasının deputatı Tamara Pletnyova Ümumrusiya Dövlət Televiziya və Radio yayımı Şirkətinin baş direktoru Oleq Dobrodeyevə müraciət edərək “Rossiya-1” telekanalının aparıcısı Vladimir Solovyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli çıxışlarına qiymət verilməsini xahiş edib.

Deputat bildirib ki, Solovyov münaqişə müddətində təxribatçı açıqlamalar verib. Qeyd olunub ki, Solovyov obyektivlik prinsiplərinə əməl etmək əvəzinə Dağlıq Qarabağda döyüşən tərəflərdən birinin mövqeyini dəstəkləyib:
“Solovyov və onun dəvət etdiyi qonaqlar Azərbaycan və Türkiyə barəsində xoşagəlməz çıxışlar edərək açıq şəkildə Ermənistanın tərəfini saxlayıb”.

P.S. Bu həmin Solovyovdur ki, Vətən müharibəsinin getdiyi bu 44 gün ərzində bütün varlığı ilə ən alçaq üsullara əl ataraq, Azərbaycanın itirilmiş torpaqların qaytarılması uğrunda apardığı  mübarizəni işğalçılıq, 1 milyondan artıq qaçqını olan xalqı işğalçı, Azərbaycan dövlətinin və Azərbaycan xalqının erməni vandallarına qarşı apardığı mübarizəni isə işğalçılıq kimi qələmə verərək tamaşaçı auditoriyasını aldatmağa çalışırdı, milyonlarla tamaşaçısı olan bir televiziyanı öz istəklərini həyata keçirmək üçün bir alətə çevirmişdi, erməniləri ən yazıq və humanist, zərərçəkən, Azərbaycan xalqını isə işğalçı kimi göstərərdi. İnsanlar onunla həmfikir olan, erməni siyasətinə xidmət edən bir sürü çaqqalı, yalnız faşist əqidəli, bəşəri dəyərlərin onlar üçün heç bir əhəmiyyət daşımadığı bir media cəlladı kimi yadda saxlayacaqlar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.