Ruhi Əliyeva Qarabağ qazisi Elçinin müalicə ilə bağlı bütün xərclərini boynuna götürdü

7Şou-biznes sahəsində lider müğənni və aparıcı kimi tanınan Ruhi Əliyeva  Qarabağda ağır yaralanan, görməsində, eşitməsində, nitqində ciddi problem yaranan Qarabağ qazisi Elçin Səmədovun bütün müalicə xərclərini öz üzərinə götürüb.

“-Bu gün onun olduqca məsum, həm də qürurlu çöhrəsini gördüm. Dəfələrlə onun görüntülərinə baxıb, bu igid balamız üçün nə edə bilərəm, – deyə düşündüm. Onun ürəyinə yaxın məsafədə qəlpə olduğunu, nitqində, görməsi və eşitməsində problemlər yarandığını öyrəndim. Sonra da çətinliklə ifadə etdiyi cümlələri dəfələrlə göz yaşlarına boğularaq dinlədim. Məni məndən alan bu mənzərəni izləyib, dərhal gözəl çöhrəli, böyük ürəkli, Vətən sevdalısı, Qəbələdən olan 20 yaşlı qazimiz Elçin Səmədovun anası Vüsalə xanımla əlaqə yaratdım. Elçinin tez bir zamanda sağlamlığına qovuşması üçün lazım olan bütün addımları atmaq arzusunda olduğumu qəhrəman balamızın anasına çatdırdım. Dərhal sabah arxalarınca Qəbələyə maşın göndərəcəyimi və Elçin balamızın anası ilə bilrlikdə Bakıya gətirmək istəyimdə olduğumu Vüsalə xanıma dedim. Vüsalə xanım bazar ertəsinə qədər gözləməyin vacibliyini bildirərək və Elçinin Papanində yerləşən Hərbi qospitala gətirilərək, yoxlanılanacağını və yalnız bundan sonra mənə hansı addım ata biləcəyim haqqında məlumat verə biləcəyini bildirdi. Elçinin sağlamlığına qovuşması üçün mən Ruhi Əliyeva əlimdən gələni etməyə hazıram və bu arzumu artıq Elçinin anası Vüsalə xanıma bildirmişəm. Elçinin əməliyyatı və müalicəsi ilə bağlı şərəfli missiyanı mən öz üzərimə almaqdan qürur duyuram.” – Ruhi Əliyeva bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.