Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi olan “Robotexnika ilə gələcəyimizi dəyişək” layihəsinin bağlanış tədbiri keçirilib.
Noyabrın 1-də Gəncə şəhər 18№-li tam orta məktəbdə keçirilən bağlanış tədbirində Gəncənin müxtəlif məktəblərindən ibtidai sinif müəllimləri və informatika müəllimləri və şagirdlər iştirak edib.
Gəncə Şəhər Təhsil Şöbəsinin metodisti və layihənin əsas eksperti Saidə Tağızadə tədbiri açıq elan edib və layihə çərçivəsində görülən işlərdən danışıb.Layihənin gedişatını mütamadi olaraq izlədiyini və layihənin çox uğurla yekunlandığından danışıb. Daha sonra Gəncə şəhər 18 №li tam orta məktəbin direktoru M.Rizayeva çıxış edərək layihə rəhbərini layihəni uğurla başa vurduğu üçün təbrik edib və layihənin müəllimlər və şagirdlər üçün çox faydalı oduğundan və şagirdlərin də maraq dairələrinin genişlənmələrində müsbət rolu olduğundan danışdı.
Layihə rəhbəri Günay Bayramova layihənin əsas məqsədinin Robototexnika sahəsinə marağın artırılması və inkişaf etdirilməsi üçün müəllimlərin bilik və bacarıqlarının artırılması, şagirdlərin bu istiqamətdə bacarıqlarının formalaşmasında maarifləndirmə işlərinin aparılması olduğunu vurğuladı. Layihə çərçivəsində keçirilmiş təlimlərin müəllimlər üçün faydalı oladuğundan və dolayısı yolla şagirdlərin də faydalandığından və bu da şagirdlərin elm və texnologiyalara olan marağının artmasına, şagirdlərdə mühəndislik qabiliyyətinin inkişaf edəcəyini söylədi. Təlim bitdikdən sonra uşaqlar üçün istifadəyə verilən legoların şagirdlərdə böyük maraq doğurduğuna, çox həvəs və xüsusi sevinclə qarşıladığından danışdı.
Müəllimlərə təlim verəcək təlimçi Şahin Muradlı bildirdi ki Robotiks təlimi zamanı müəllimlər sadə və daha mürəkkəb strukturlu robotları yığdılar və yığdıqları robotları bloklardan qurulan kod vasitəsi ilə hərəkətə gətirməyi öyrəndilər. Robotları “canlandırmaq” üçün onlar proqramlaşdımanın əsas anlayışlarını öyrənib proqram təminatı vasitəsi ilə biliklərini istifadə etdilər. Proqramalaşdırma və istifadə edilən fərqli detalların köməkliyi ilə qurulan robotlar sonda bir sıra asan, orta və çətin səviyyəli missiyalar etdilər, bununla da müəllim və şagirdlər sensorlar və proqramlaşdırmanın real həyatdakı tətbiqi ilə yaxından tanış oldular.
Günay Bayramova bildirdi ki, Robototexnikanın inkişafının məktəbdən başlanması, müəllim və şagirdlərdə məlumat və marağın artırılması, ölkəmizdə bütün sahələrin sürətlə inkişaf etməsinə şərait yaradacaq.
Sonda təlimdə iştirak edən və təlimi uğurla başa vuran müəllimlərə və layihə çərçivəsində fəallıq göstərən şagirdlərə sertifikatlar verilərək xatirə şəkli çəkildi.