“Robotexnika ilə gələcəyimizi dəyişək” layihəsinin açılış mərasimi keçirilib

Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi olan “Robotexnika ilə gələcəyimizi dəyişək” layihəsinin açılış mərasimi keçirilib.

Avqustun 29-da Gəncə Şəhər Təhsil İdarəsində keçirilən açılış tədbirində Gəncənin 44  məktəbinin ibtidai sinif müəllimləri və informatika müəllimləri iştirak edib.

Layihənin əsas eksperti Saidə Tağızadə tədbiri açıq elan edib və layihə haqqında iştirakçılara məlumat verib. Daha sonra Gəncə Şəhər Təhsil İdarəsi Metodiki Mərkəzin direktoru Söhrab Hacıyev çıxış edərək layihə rəhbərini təbrik edib və layihənin müəllimlər üçün faydalı olacağından danışıb.

Layihə rəhbəri Günay Bayramova layihənin əsas məqsədinin Robototexnika sahəsinə marağın artırılması və inkişaf etdirilməsi üçün müəllimlərin bilik və bacarıqlarının artırılması,şagirdlərin bu istiqamətdə bacarıqlarının formalaşmasında maarifləndirmə işlərinin aparılması olduğunu vurğuladı. Layihə çərçivəsində keçiriləcək təlimlərin müəllimlər üçün faydalı olacağından və dolayısı yolla şagirdlərin də faydalanacağından və bu da şagirdlərin elm və texnologiyalara olan marağını artıracağını, şagirdlərdə mühəndislik qabiliyyətinin inkişaf edəcəyini söylədi.

Müəllimlərə təlim verəcək təlimçi Şahin Muradlı  bildirdi ki Robotiks təlimi zamanı müəllimlər sadə və daha mürəkkəb strukturlu robotları yığacaq və yığdıqları robotları bloklardan qurulan kod vasitəsi ilə hərəkətə gətirməyi öyrənəcəklər. Robotları “canlandırmaq” üçün onlar proqramlaşdımanın əsas anlayışlarını öyrənəcək və proqram təminatı vasitəsi ilə biliklərini istifadə edəcək. Bunun üçün sensorlarla işləyəcək, hərəkət, təkrarlanma, gözləmə, səs, işıq və digər bloklarla tanış olacaqlar. Proqramalaşdırma və istifadə edilən fərqli detalların köməkliyi ilə qurulan robotlar sonda bir sıra asan, orta və çətin səviyyəli missiyalar edəcək, bununla da şagirdlər sensorlar və proqramlaşdırmanın real həyatdakı tətbiqi  ilə yaxından tanış olacaqlar.

Günay Bayramova bildirdi ki, Robototexnikanın inkişafının məktəbdən başlanması, müəllim və şagirdlərdə məlumat və marağın artırılması, ölkəmizdə bütün sahələrin sürətlə inkişaf etməsinə şərait yaradacaq.

Sonda təlimdə iştirak etmək istəyən müəllimlərin müraciətləri qeydə alındı və seçim mərhələsinə start verildi.

Günay Bayramova, Gəncə şəhər 18 nömrəli tam orta məktəbin informatika müəllimi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.