Respublika fənn müsabiqəsi və Lütfi Zadə adına məntiq olimpiadasına qeydiyyat başlayıb

Martın 9-dan respublika fənn müsabiqələrində və Lütfi Zadə adına məntiq olimpiadasında iştirak üçün elektron qeydiyyat prosesinə start verilib. Hər iki bilik yarışında iştirak etmək istəyən şagirdlər https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və Olimpiadalar” bölməsində  müvafiq elektron xidmətdən faydalana biləcəklər.

VI  və VII  sinif şagirdlərinin iştirak etdiyi fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil olunur. Bu müsabiqələrin keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasından ibarətdir.

Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilir. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyazi məntiqlə yanaşı  məntiqi təfəkkür, yaradıcılıq, diqqət, hafizə, analiz, müqayisə, planlama və təhlil kimi bacarıqlarının inkişafına müsbət təsir göstərməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.