Reproduktiv sağlamlığa dair maarifləndirmə işləri davam etdirilir

2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrinin VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir.

Məqsəd “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının, “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”ndan irəli gələn məsələlərin icrasının təmin edilməsindən ibarətdir.

Etmtv.news xəbər verir ki, maarifləndirmə işləri “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait” əsasında aparılır. Metodiki vəsait Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, eləcə də “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin birgə səyləri nəticəsində hazırlanıb.

Qeyd edək ki, ölkə üzrə 3500-dən çox ümumi təhsil müəssisəsində VIII və IX sinif şagirdlərinə sinif saatlarında məşğələlər keçirilib. Məşğələlər sinif rəhbərləri, müvafiq fənn müəllimləri və dəvət edilmiş mütəxəssislər tərəfindən aparılır.

Metodiki vəsaitin tövsiyəsinə əsasən, dərs ilinin əvvəlində valideynlər üçün maarifləndirici iclaslar da təşkil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.