Rektor “Heydər Əliyevin 100 Illiyi (1923-2023)” Yubiley Medalı Ilə Təltif Edildi

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Ümummilli liderin adını daşıyan yubiley medalı rektora 2024-cü il aprelin 30-da Elm və təhsil naziri Emin Əmrullayev tərəfindən təqdim edilib.

Bununla bağlı öz feysbuk səhifəsində paylaşım edən Ş.Bayramov göstərilən fəaliyyətə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və yubiley medalı ilə təltif olunan bütün həmkarlarını təbrik edib.

Rektor yubiley medalını Ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği sahəsində MDU ailəsi üzvlərinin birgə əməyinə verilən yüksək qiymət olaraq dəyərləndirib.

Esmira Hidayətova, Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.