Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi” adlı layihənin müsahibə mərhələsi keçirilib.
Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan layihənin online qeydiyyat mərhələsinə 200-ə yaxın gənc müraciət edib.
Layihənin rəhbəri, Odlar Yurdu GİB-nin baş katibi Ruslan Vəliyev bildirib ki, layihənin keçirilməsində məqsəd region gənclərinin tibbi biliklərinin artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin tibbi sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılması, gənclərin şəbəkələşməsini təmin etmək və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaqdan ibarətdir.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində beş gün müddətində müxtəlif mövzularda təlimlər keçiriləcək, həmçinin layihə iştirakçıları Gəncə Beynəlxalq Xəstəxanasında təcrübə proqramında iştirak edəcəklər. Layihənin sonunda iştirakçılar sertifikatlarla təltif olunacaqlar.
Qeyd edək ki, layihənin müsahibə mərhələsi fevral ayının 20-nə kimi davam edəcək.